2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Mədəniyyət Nazirliyində yenə həbs edilən var

Noyabrın 2-də Mədəniyyət Nazirliyinin Təchizat və əmlak şöbəsinin müdiri İlkin Nəsibov barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilib.

Saytların yığılması Saytlarin yigilmasi

Bu məlumatı “Turan”a Səbail Rayon Məhkəməsindən təsdiqləyiblər. Səbail Rayon Məhkəməsində istintaq orqanının vəsatətinə baxılıb və təmin edilib.

Lakin şöbə müdirinin hansı ittihamlarla həbs olunduğu barədə məlumat verilməyib.

Məlumata İ.Nəsibovun yaxınlarından münasibət almaq mümkün olmayıb.

Azərbaycanın yerli saytları noyabrın 1-də Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mədəniyyət Nazirliyində əməliyyat keçirməsinə dair məlumatlar yaymışdılar. Amma DTX özü, hələlik, bununla bağlı hər hansı məlumat açıqlamayıb.

2020-ci ildə də DTX Mədəniyyət Nazirliyində əməliyyat keçirmişdi. Onda nazirin keçmiş müavini Rafiq Bayramov və Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin keçmiş rəisi Zakir Sultanov həbs olunmuşdu. Onlar mənimsəmə və başqa əməllərdə ittiham edilirdilər.

Məhkəmədə R.Bayramov 8, Z.Sultanov 11 il həbs cəzası aldılar. Lakin sonradan cəzalar hər iksində təqribən yarıya qədər azaldılıb. Onlar ittihamı qəbul etmirdilər. Məhkəməsində ömrü boyu əliyevçi olduğunu söyləyən keçmiş nazir müavini daha sonra da bunları əlavə etmişdi: “Mən ömürboyu rüşvət almamışam. Bir nəfər də burada demədi ki, mən onlardan və ya başqasından rüşvət almışam”.

AzadliqRadiosu

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button