2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Mədəniyyət Nazirliyinin xidmət rəisinə hökm oxundu

Vəkil: “Belə çıxır ki, dövlətə dəymiş ziyanın ödənilməsi təşviq edilmir, əksinə, cəzalandırılır”

Mədəniyyət Nazirliyinin tabeliyində olan Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin keçmiş rəisi Zakir Sultanova hökm oxunub. 

Yanvarın 28-də Bakı Ağır Cinayətlər Məhkəməsində çıxarılan hökmə əsasən, o, 11 il azadlıqdan məhrum edilib.

Saytların yığılması Saytlarin yigilmasi

Zakir Sultanov Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda mənimsəmə və ya israfetmə), 313-cü (vəzifə saxtakarlığı) maddələrilə təqsirli bilinib. 

İddia olunur ki, tarixi-mədəniyyət abidələrinin, muzeylərin təmir-tikintisi, bərpası zamanı o, 5.3 milyon manat vəsait mənimsəyib.

Zakir Sultanov məhkəmədə ifadə verərkən özünü qismən təqsirli bilib. 

Hökmdən əvvəl son sözündə də peşmanlığını ifadə edib. 

Hakimlərdən humanizm nümayiş etdirmələrini, himayəsində yetkinlik yaşına çatmayan iki övladını, dəymiş ziyanı ödəməsini nəzərə almalarını xahiş edib.

Onun vəkili Cavanşir Süleymanov müvəkkilinin dəymiş ziyanı ödəməsini, onun səhhətində ciddi problemlər olmasını məhkəmənin nəzərinə çatdırıb.

“Zakir Sultanov təqsirini səmimi etiraf edib, cinayətin açılmasında, cinayət ortaqlarının ifşasında fəal iştirak edib. O, qohumlarının köməyilə, həmçinin öz əmlakını sataraq, 5 milyon 338 min 615 manat maddi ziyanı könüllü şəkildə tam ödəyib. Lakin dövlət ittihamçısı subyektiv motivlərdən çıxış edərək, cəzanı yüngülləşdirən hallara məhəl qoymadan Zakir Sultanova 12 il həbs cəzası istədi. Bu, ayrı-seçkilikdir. Belə çıxır ki, dövlətə dəymiş ziyanın ödənilməsi təşviq edilmir, əksinə, cəzalandırılır”, – vəkil bildirib.

Hökmdən məlum olub ki, 5.3 milyon manatdan 3 milyon manatını Zakir Sultanun yaxınları nağd şəkildə istintaq zamanı təqdim edib və DTX-nın depozit hesabında saxlanılır. 

Qalan hissə isə üzərinə həbs qoyulan əmlaklara yönəldiləcək. Üzərinə həbs qoyulan əmlaklar isə bunlardır: “Yapıkredibank”da 600 min vəsait, qızıl təsbeh və sikkələr, Zakir Sultanov həbs olunarkən evindən və iş otağından tapılan pullar.

Zakir Sultanov DTX əməkdaşlarının 2020-ci ilin mayında Mədəniyyət Nazirliyində keçirdiyi əməliyyat zamanı nazir müavini Rafiq Bayramovla birlikdə saxlanılıb. 

Rafiq Bayramovun işi üzrə istintaq yekunlaşdırılıb iş məhkəməyə göndəriləndə Zakir Sultanovun işi ayrılıb. 

Rafiq Bayramova Bakı Ağır Cinayətlər Məhkəməsi 8 il həbs cəzası kəsib. Lakin apelyasiya məhkəməsi cəzanı 4 ilə endirib.(Meydan TV)

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button