2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Məhəmməd Əli doğulduğu Luisvill şəhərində dəfn edildi – FOTO

Məşhur amerikalı boksçu Məhəmməd Əli Luisvill şəhərində dəfn edilib. Əfsanəvi idmançının tabutu onun doğma şəhərinin küçələrindən keçirilib.

Məhəmməd Əli ilə vida mərasimi 15 minlik tamaşaçı tutumu olan stadionda keçirilib. Dəfndə ABŞ-ın keçmiş prezidenti Bill Klinton və İordaniya kralı II Abdullah da iştirak edib.

Xatırladaq ki, 1984-cü ildən Parkinson xəstəliyindən əziyyət çəkən Məhəmməd Əli özünün dəfn mərasimini 5 il bundan əvvəl ssenariləşdirmişdi.

Saytların yığılması Saytlarin yigilmasi

Əfsanəvi boksçu peşəkar karyerası ərzində keçirdiyi 61 döyüşün 37-si nokautla olmaqla 56-da qələbə qazanıb və cəmi 5 görüşdə uduzub. O, 1964-1966, 1974-1978-ci illərdə ağır çəki üzrə mütləq dünya çempionu, “İlin boksçusu” titulunun və “Onilliyin boksçusu” adının beşqat sahibidır.

Məhəmməd Əli 1960-cı ildə Olimpiya çempionu olub, 1999-cu ildə isə “Əsrin idmançısı” seçilib. Onun adı peşəkar boksun simvoluna çevrilib.

Karyerasını bitirdikdən sonra amerikalı boksçu UNICEF-in xoşməramlı səfiri olub (1998-2008).

Məhəmməd Əli iyunun 3-də tənəffüs yollarında yaranan problemlə bağlı gətirildiyi Arizona ştatının Finiks şəhəri yaxınlığındakı xəstəxanaların birində 74 yaşında dünyasını dəyişib.(AzərTAc)

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button