2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Məhəmməd, İŞİD, İran və kişilərlə evlənən… – Bin Ladenin gizli məktubları ÜZƏ ÇIXDI

ABŞ Milli Kəşfiyyat Qurumu “Əl-Qaidə” lideri Usama Bin Ladenin məktublarını yayıb.
Yayımlanan 50 məktubun içində ABŞ və Qərb əleyhinə yazılanlarla yanaşı, İŞİD-lə bağlı deyilənlər də diqqət çəkib.
Bin Laden məktublarında İŞİD-in yaranmasına mane ola bilmədiyindən, İrana etibar etmədiyindən və oğullarına olan sevgisindən bəhs edib.
“Əl-Qaidə” lideri İŞİD-in yaranmasına mane ola bilmədiyi üçün peşmançılıq hiss keçirdiyini qeyd edir.
Həmçinin, oğulları Osman və Məhəmmədə İrana etibar etməməyi tövsiyə edir.
“İrandakı hansısa xəstəxanada şübhəli məqamla qarşılaşa biləcəyinizi unutmayın. Əgər sizə iynə vurdularsa, deməli bədəninizə çip yerləşdirmiş ola bilərlər”, – deyə o bildirir.
Usama Bin Ladenin məktubları 2011-ci Pakistanın Abbottabed şəhərində ələ keçirilib.
Qeyd edək ki, Bin Ladenin həyat yoldaşı Emel el Sabaha sevgi məktubları da ortaya çıxıb.
“Əl-Qaidə” lideri həyat yoldaşına “cənnətdə seçəcəyin kişi mən olmaq istəyirəm” deyə bildirib.
“Göz bəbəyim, səndən başqası ilə evlənməyəcəm, çünki sənin kimi qadın tapa bilmərəm. Dünyada sahib olduğum ən dəyərli şeysən. Mən öləndən sonra evlənmək istəsən, etiraz etmərəm. İki kişi ilə evlənən qadınlar Məhşər günü birini seçə bilər. Cənnətdə seçəcəyin kişinin mən olmasını çox istəyirəm”, – deyə o qeyd edir.(Publika.az)

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button