2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Manşet

Məhərrəm Əliyevə etimadın səbəbi nə ola bilər?

Ölkə başçısı İlham Əliyevin son təyinatları müxtəlifə mülahizlərə yol açıb.

Xüsusilə prezidentin hərbi məsələlər üzrə köməkçisi xidmətinin sabiq şöbə müdiri general – leytenant Məhərrəm Əliyevin ədliyyə nazirinin müavini təyin olunması ətrafında müxtəlif ehtimallar səsləndirirlir.

Yada salaq ki, Məhərrəm Əliyev uzun müddət Bakı Şəhər Polis İdarəsinin rəisi vəzifəsində çalışıb. 2007-ci ildə Daxili İşlər Naziri General-leytenant Ramil Usubovla aralarında illərlə davam edən intriqadan sonra, tutduğu vəzifədən azad edilərək Azərbaycanın Tacikistandakı səfiri postunu tutub. 2011-ci ildə isə onun səlahiyyət müddəti bitib. 2012-ci ildə prezidentin müdafiə məsələləri üzrə köməkçisi xidmətinin müdafiə məsələləri şöbəsinin müdiri təyin olunub.

Saytların yığılması Saytlarin yigilmasi

Prezidentin müdafiə məsələləri üzrə köməkçisi Vahid Əliyevlə birgə sözügedən vəzifədən azad edilib. Məhərrəm Əliyev bu iş yerini də itirməsi onun karyerasının sonu kimi qiymətləndirilirdi. Lakin gözlənilmədən Məhərrəm Əliyev ədliyyə nazirinin müavini təyin edildi.

Ekspertlər hesab edir ki, Məhərrəm Əliyevə göstərilən bu yüksək etimad onun daha da irəli çəkilməsinin şərtləndirə bilər. Güman edilir ki, nazir müavini postu Məhərrəm Əliyev üçün ədliyyə naziri vəzifəsi üçün tramplin rolunu oynayır. Bəs o zaman ölkə başçısı ilə qohumluq əlaqələri olan ədliyyə naziri Fikrət Məmmədovun taleyi necə olacaq?

Ekspertlər Fikrət Məmmədovun kənarda saxlanılacağını inandırıcı saymır. Onların qənaətinə görə o, vitse-prezident, yaxud da Baş nazir postuna gətirilə bilər.

Hər halda hazırda hakimiyyətdə yeni konfiqurasiyaya keçid müşahidə olunur. Bu ehtimalların da nə qədər əsaslı olduğunu zaman göstərəcək.

24saat.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button