2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Məhkəmə Əsgər Ağazadəni həbsdə saxladı

Bakı/28.10.21 Bu gün, oktyabrın 28-i Bakı Apellyasiya Məhkəməsində Sənay Yağmura təcavüzdə təqsirləndirilən Əsgər Ağazadənin məhkəmə prosesi keçirilib. İttiham olunan şəxsin vəkilləri onun barəsində seçilmiş  4 ay qəti imkan tədbirindən və həmçinin də ev dustaqlığına buraxılmasını istəyib.

Zərərçəkmişin vəkili Zibeydə Sadıqova bildirib ki, hakim qarşı tərəfin vəkillərinin gətirdiyi arqumentlərlə razılaşmadı.

“Hakim hesab elədiki Əsgər Ağazadə bu müddətdə barəsində digər qəti imkan tədbirinin seçilməsi üçün heç bir əsas yoxdu. Həbs qəti imkan tədbiri qüvvədə qaldı”, deyə, vəkil qeyd edib.

Saytların yığılması Saytlarin yigilmasi

Əsgər Ağazadənin vəkilləri onu təqsirli  bilməyib.

Xatırladaq ki, oktyabrın 12-də yazar Zümrüd Yağmur mətbuat konfransı keçirərək qızı Sənay Yağmurun 1 il əvvəl cinsi zorakılığa məruz qaldığını açıqlayıb. Yazarın sözlərinə görə, ekspertiza rəylərində Sənayın paltarındakı biomaterialların Əsgər Ağayevə məxsus olduğu göstərilib. Faktla bağlı Cinayət Məcəlləsinin 149-cu (zorlama) maddəsilə cinayət işi başlanıb. Ancaq Yasamal Rayon Prokurorluğu Əsgər Ağayevin məsuliyyətə cəlb edilməsilə bağlı yetərli dəlillərin olmadığını bildirərək cinayət işi üzrə icraata 2 dəfə xitam verib. Cinsi zorakılıq törətdiyi iddia edilən Əsgər Ağazadə oktyabrın 19-da şübhəli şəxs qismində saxlanılıb barəsində 4 ay qəti imkan tədbiri seçilib.-0-

 

Turan

“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button