2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏXəbərlər

Məhkəmə aktyor Mirzəlizadənin vəsatətini qismən təmin edib

Moskva məhkəməsi oktyabrın 5-də məzhəkəçi-aktyor İdrak Mirzaəlizadənin Rusiya Daxili İşlər Nazirliyinin qərarına qarşı iddia vəsatətinə baxaraq onu qismən təmin edib.

Məhkəmənin qərarında deyilir ki, Mirzəlizadənin Rusiyada olmasına ömürlıük qadağan ləğv olunmalı və daha “ağlabatan” müddətlə əvəz edilməlidir.

Bu barədə məlumatı aktyorun vəkili Sergey Badamşin verib.

Saytların yığılması Saytlarin yigilmasi

Bundan əvvəl Rusiya DİN Mirzəlizadənin Rusiya ərazisində olmasına ömürlük qadağan qoymuşdu.

Moskvaretsk rayonun məhkəməsi bu qərarın qüvvəsini apellyasiya müraciətinə baxılanadək dayandırmışdı.

Ruslar barədə zarafat

Badamşin bildirib ki, Daxili İşlər Nazirliyinin öz qərarını əsaslandırmaq üçün gətirdiyi arqumentlər qəribədir.

Mirzəlizadə avqustun əvvəllərində 10 sutkalıq həbs olunmuşdu. Bunun ardınca o Rusiyadan getmiş və onun bu ölkədə olması arzuolunmaz elan edilmişdi.

Aktyora qarşı bu qərarın qəbul edilməsi onun 2021-ci ilin martında “Razqonı” adlı proqramdakı çıxışı olmuşdu.

Mirzəlizadə ifa etdiyi parçada ksenofobiyanı məsxərəyə qoymuş və qeyri-slavyan görünüşü olan şəxslərin Moskvada mənzil kirayələyərkən üzləşdikləri çətinliklərdən söz açmışdı.

Bu çıxışda onun etdiyi zarafatlardan biri də ruslar barədə idi.

Vahid Rusiyanın qanunu

Azərbaycan doğumlu Mirzəlizadə milliyyətcə talışdır və Belarus vətəndaşlığına malikdir.

O çıxışlarında “mürəkkəb milli kimliyi” və “milli stereotiplərlərlə” bağlı zarafatlar edir.

Mirzəlizadə bu ilin əvvəllərindıə Rusiyada oturaqlıq haqqı almışdı.

Məzhəkəçi ruslar barədə zarafatına görə artıq üzr istəyib. Onun müdafiıəsinə Rusiyanın bir sıra stendap aktyorları qalxmışdılar. Onlar Mirzəlizadəyə dəstək məqsədilə xeyriyyə konserti də vermişdilər.

Avqust ayında Rusiyanın hakim “Vahid Rusiya” partiyası ölkəyə rusofobların daxil olmasına qadağan nəzərdə tutan qanunvericilik layihəsini elan etmişdi.

Layihədə “nifrət və düşmənçilik qızışdıranların, SSRİ haqqında yanlış məlumat yayanların və nasist cinayətlərinə haqq qazandıranların” Rusiyaya gəlməsinə qadağan qoyulması nəzərdə tutulur.

Layihədə konkret olaraq rus millətindən söhbət getmir.

Mənbə: AzadlıqRadiosu
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button