2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
24 saat

Məhkəmə AXCP fəalnın şikayətini təmin etmədi

Sentyabrın 27-də Bakı apellyasiya Məhkəməsində hakim Faiq Qasımovun sədrliyi ilə AXCP üzvü Etibar Məmmədlinin sutkalıq həbs müddəti ilə bağlı şikayətinə əsasən məhkəmə prosesi keçirilib. Prosesdə Məmmədlinin özü və vəkili Şəhla Hümbətova da iştirak ediblər.
E. Məmmədli məhkəmədə bildirib ki, saxlanılan gün Xətai rayon 34-cü polis bölməsində ona kağız verərək imzalamalı olduğunu deyiblər və ona kağızda nə olduğunu oxumağa imkan verməyiblər: “Mən sonradan bildim ki, kağızda mənim guya mənə təyin olunan vəkildən imtina etməyim barədə könüllü imtina sənədi imiş. Halbuki mən vəkilimdən imtina etməmişəm”- deyə o bildirib.
Qısa sürən müşavirədən sonra hakim F. Qasımov apellyasiya şikayətinin təmin edilmədiyini elan edib.

AXCP-nin Xətai şöbəsinin üzvü Etibar Məmmədli 21 sentyabr 2017-ci il tarixdə gecə vaxtı mitinqlə bağlı vərəqə paylayarkən polis tərəfindən fiziki təzyiq göstərilərək saxlanılıb, Xətai rayon 34-cü polis bölməsinə aparılıb. 22 sentyabr tarixində isə Xətai rayon məhkəməsində 15 sutka həbs cəzası verilib.

Saytların yığılması Saytlarin yigilmasi

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button