2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Məhkəmə Aydın Canıyevə 1 ay həbs cəzası verib

Yayımlandı: 26 Yanvar 2023 20:31

Onun Eynulla Fətullayevin şikayəti əsasında cəzalandırıldığı bildirilir

Jurnalist Aydın Canıyev yanvarın 26-da axşam saat 18.30 radələrində həbs olunub. 

Saytların yığılması Saytlarin yigilmasi

Yasamal Rayon Məhkəməsində onun haqqında 1 aylıq inzibati həbs qərarı çıxarılıb. 

Məhkəmədən Meydan TV-yə verilən məlumata görə, hakim Murad Məmmədov jurnalist haqqında həbs qərarını Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsindən daxil olmuş materiallar əsasında verib.

Aydın Canıyev haqqında İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1 (informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində yayılması qadağan edilən informasiyanın yerləşdirilməsinə yol verilməsi) maddəsi əsasında iş başlandığı bildirilir.

Meydan TV-nin əldə etdiyi məlumata görə, Aydın Canıyev “haqqin.az” saytının rəhbəri Eynulla Fətullayevin şikayəti əsasında cəzalandırılıb:

“Bir müddət əvvəl Eynulla Fətullayev Baş Prokurorluğa müraciət edərək, Aydın Canıyevin sosial şəbəkələrdə onun vəfat etmiş ailə üzvü haqqında təhqir xarakterli fikirlər yazdığını göstərib, tədbir görülməsini istəmişdi. Aydın Canıyev çağrılıb, izahatı alınıb. Yanvarın 26-da yenə prokurorluğa çağrılıb, daha sonra məhkəməyə aparılıb. Orada da haqqında 1 aylıq həbs qərarı verilib”.

Eynulla Fətullayev ad çəkməsə də, ana söyüşünə görə Baş prokurora müraciət etdiyini, həmin adamın 1 aylıq həbs cəzası aldığını təsdiqləyib.

“Hörmətli Baş prokurora və məhkəməyə təşəkkür edirəm”,  – deyə o sosial şəbəkə hesabında yazıb.

Aydın Canıyevin bu ittihama münasibəti məlum deyil.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button