2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Məhkəmə Gültəkin Hacıbəylinin oğlu barədə nə qərar verəcək?

Milli Şuranın üzvü, keçmiş deputat Gültəkin Hacıbəyli oğlunun ölkədən çıxışına icazə verilməsi üçün yenidən məhkəməyə üz tutub. Bu məsələ hazırda Bakı Apellyasiya Məhkəməsində araşdırılır.

Keçmiş deputat 17 yaşlı oğlu Toğrulun Almaniyada universitetə qəbul edildiyini təsdiqləyən sənədi məhkəməyə təqdim edib. Hakimlər qərar veriblər ki, növbəti məhkəmə iclasında uşağın atası dəvət olunsun, Toğrulun ölkədən çıxışına razı olub-olmaması haqda fikrini açıqlasın. Bu səbəbdən məhkəmə martın 10-na qədər təxirə salınıb.

Saytların yığılması Saytlarin yigilmasi

“Bu ərizə ortada ola-ola…”

Hacıbəyli buna etiraz edərək bildirib ki, valideynin subyektiv fikri uşağın təhsil hüququnu məhdudlaşdıra bilməz:

“Həm də o valideynin ki, uşağın necə böyüməsindən, necə tərbiyə almasından xəbəri yoxdur. Özü 2014-cü ildə Nəsimi rayon İcra şöbəsinə ərizə yazıb ki, uşaqla görüş üçün onu narahat eləməsinlər, vaxtı yoxdur. Bu ərizə ortada ola-ola hakimin atanın rəyini öyrənmək istəyi artıq yekun qərardan xəbər verir. Yenə də bu bəhanə ilə uşağın əleyhinə qərar veriləcəyi indidən görünür”.

Hacıbəyli hesab edir ki, onun müxalif siyasi fəaliyyətinə görə oğlundan qisas alınır. Onun fikrincə, uşağın ölkədən buraxılmaması da siyasi qərardır: “Valideynin siyasi baxışlarına görə uşaqdan intiqam almağın bir adı var – faşizm…”

Sabiq deputat xatırladıb ki, uşaq hüquqları haqqında qanunun 5-ci maddəsi hər bir halda, uşağın mənafeyinin üstün tutulmasını tələb edir.

“Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Normativ hüquqi aktlar və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı, onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır”, – sözügedən maddədə belə yazılıb.

Ata nə deyir?

2011-ci ildən Toğrul Mehdiyevin ölkədən çıxışına icazə verilmir. Atası Mahmud Mehdiyev həmin ilin iyulunda Dövlət Sərhəd Xidmətinə ərizə ilə müraciət edərək, onun ölkədən çıxışına icazə məqsədilə anasına verdiyi etibarnaməni ləğv etdirib.

“Gültəkin Hacıbəyli oğlumu mənim valideynlik hüquqlarımı pozmaqda davam edərək icazəm olmadan xaricə aparmaq istəyir. O, faktiki olaraq məni valideynlik hüququmdan məhrum etməyə cəhd etmiş olur. Məhkəmə də haqlı olaraq mənim valideynlik hüquqlarımı müdafiə edir. Yetkinlik yaşına çatmayan uşaqlar barəsində qərarlar onların valideynlərinin razılığı ilə həyata keçirilməlidir. Bu razılıq qarşılıqlı olmalıdır”, – Mehdiyev 2019-cu ilin yayında keçirdiyi mətbuat konfransında uşağın ölkədən çıxmasına icazə verməməsini belə izah etmişdi.

24 saat” “Məhkəmə Gültəkin Hacıbəylinin oğlu barədə nə qərar verəcək?” başlıqlı yazını “Azadlıq Radiosu”na istinadən dərc edib.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button