2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Məhkəmə Gültəkin Hacıbəyliyə bəraət verdi

Yayımlandı: 1 Fevral 2023 18:18

Leyla Arif apelyasiya şikayəti verəcəyini deyir

Nəsimi Rayon Məhkəməsində Milli Şuranın üzvü, keçmiş deputat Gültəkin Hacıbəyliyə qarşı böhtan ittihamı üzrə 5 aydır davam edən məhkəmə prosesi yekunlaşıb. Fevralın 1-də hakim Elməddin Hüseynov Gültəkin Hacıbəylinin əməlində cinayət tərkibi olmadığı qənaətinə gələrək, onun haqqında bəraət hökmü çıxarıb.

Saytların yığılması Saytlarin yigilmasi

Bu məhkəmə prosesi Türkiyədə yaşayan azərbaycanlı Leyla Arifin xüsusi ittiham qaydasında qaldırdığı iddia əsasında başlanmışdı. “Facebook” sosial şəbəkəsindəki mübahisədən sonra məhkəmədə iddia qaldıran Leyla Arif keçmiş deputatın Cinayət Məcəlləsinin 147.2 (ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsilə cəzalandırılmasını tələb edirdi.

Bu iş üzrə təxminən ayyarım öncə keçirilən son məhkəmə iclasında Gültəkin Hacıbəyli məhkəməyə etiraz verərək bildirmişdi ki, işinə ümumiyyətlə, Nəsimi Rayon Məhkəməsində baxılmasını istəmir. O iddia edirdi ki, son bir neçə ildə bu məhkəmədə hakimlər sifariş əsasında onun özü və övladı haqqında çoxsaylı ədalətsiz qərarlar çıxarıblar.

Hacıbəylinin etirazı baxılması üçün Bakı Apelyasiya Məhkəməsində göndərilsə də, nəticə dəyişməyib – etiraz əsassız sayılıb.

Fevralın 1-də məhkəmədə Gültəkin Hacıbəylinin vəkili Aqil Layıc deyib ki, “Facebook” sosial şəbəkəsində mövzu ətrafında müzakirələr gedib və siyasətçi də öz fikrini bildirib:

“Şəxsi qiymətləndirmə mühakimə oluna bilməz”.

Gültəkin Hacıbəyli özü isə bildirib ki, Azərbaycanda yaşayan bütün etnik xalqlara hörmətlə yanaşır, onların hüquqlarının qorunmasının tərəfdarıdır. Siyasətçinin sözlərinə görə, onu talışlara qarşı ayrı-seçkilikdə ittiham eləmək absurddur:

“Əksinə, mən bölücülüyün, separatçılığın əleyhinəyəm. Bu ölkədə yaşayan xalqlar da bu dövlətin vətəndaşlarıdır. Mən birliyin, bərabərliyin tərəfdarıyam…”.

Gültəkin Hacıbəyli əlavə edib ki, müzakirələr zamanı öz fikrini ifadə edib. O, yada salıb ki, istər yerli, istərsə də ölkənin qoşulduğu beynəlxalq konvensiyalar ifadə azadlığına təminat verir:

“Mənim dediklərimdə böhtan, təhqir xarakterli heç bir fikir, ifadə yoxdur. Ən əsas məsələ idə budur ki, altında müzakirələr gedən status hazırda ümumiyyətlə, mövcud deyil. Həmin statusun müəllifi bir müddət sonra onu silib. Məhkəmə nəyə əsasən məni məsuliyyətə cəlb edəcək, bu maraqlıdır…”.
Leyla Arif məhkəmə iclaslarında iştirak etməyib, onu nümayəndəsi təmsil edib. Nümayəndəsi fevralın 1-də məhkəmədə çıxışında iddianı müdafiə etdiklərini vurğulayıb. Vəkil bildirib ki, Gültəkin Hacıbəylinin Cinayət Məcəlləsinin 147.2 maddəsilə cəzalandırılmasını tələb edirlər.

Qısa müşavirədən sonra hakim Gültəkin Hacıbəyli haqqında bəraət hökmü çıxarıldığını elan edib.

Leyla Arif iddia edir ki, Gültəkin Hacıbəyli “Facebook” sosial şəbəkəsində müzakirələr zamanı onu Əlikram Hümbətovdan müsahibə aldığına görə “separatçı” adlandırıb. Bu səbəbdən də məhkəməyə müraciət edib:

“Əlikrəm Hümbətovdan intervyu götürmüşəm deyə, mənə separatist deyən adamı bir daha məhkəməyə verəcəm. Niyə tələsirsiz ki, sizləri demokrat olmağı mən öyrədəcəm!”.

Gültəkin Hacıbəyli 2000-ci ildən 2010-cu ilə qədər Goranboy rayonundan millət vəkili kimi parlamentdə təmsil olunub.

O, bundan öncə də keçmiş həyat yoldaşının qohumları tərəfindən məhkəməyə verilmiş, böyük məbləğdə təzminat ödəməyə məcbur edilmişdi. Sözügedən işlərlə bağlı şikayətləri hazırda Avropa Məhkəməsinin icraatındadır.

Leyla Arifin adını çəkdiyi Əlikram Hümbətov 1993-cü illərdə Azərbaycan müdafiə nazirinin müavini olub. 1993-cü ildə özünü Talış-Muğan Muxtar Respublikasının prezidenti elan etdiyi üçün həbs edilib. Ömürlük azadlıqdan məhrum edilən Əlikram Hümbətov sonradan əfv sərəncamıyla azadlığa buraxılıb. O, eyni zamanda, Azərbaycan vətəndaşlığından da çıxarılıb. Əlikram Hümbətov bir müddət əvvəl vəfat edib.

Leyla Arif öz “Facebook” səhifəsində məhkəmənin qərarına belə münasibət bildirib:

“3 aydır, mənə “dövlətin sifarişi” qışqıran müxalifət və Gültəkin Hacıbəyli, bugünkü məhkəmədə bəraət qazandı. Boşboğazlıq edən bütün konsperoloqlara “keçmiş olsun deyirəm”, indi oturun özünüz dəyərləndirin “dövlətin adamı” kimdir. Apelyasiya və Avropa Məhkəməsində görüşənə qədər”.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button