2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏXəbərlər

Məhkəmə hakiminə 10 il həbs cəzası kəsildi

Sabunçu rayon Məhkəməsinin hakimi, həyat yoldaşını qətlə yetirməkdə suçlanan Fəqan Əhmədov 10 il azadlıqdan məhrum edilib.

Sentyabrın 30-da Bakı Ağır Cinayətlər Məhkəməsində bu barədə hökm çıxarılıb.

Hökmə əsasən, Əhmədov CM-in 120.1 (qəsdən adam öldürmə) maddəsilə təqsirli bilinib.

Saytların yığılması Saytlarin yigilmasi

Hökmdən əvvəl məhkəmədə son sözünü deyən Əhmədov baş vermiş hadisəni “yersiz, şit bir zarafatın nəticəsi” adlandırıb. O bildirib ki, istintaq orqanının olayı qəsdən adam öldürmə kimi təqdim etməsi əsassızdır.

“İttiham aktında yazılıb ki, mən qəsdən öldürmək məqsədilə silaha patron yerləşdirmişəm. Hardadı sübut? Yaxud da həyat yoldaşımın mənimlə amiranə və hökmrancasına danışmasını özümə qarşı təhqir hesab etdiyimi yazıblar. Bu fərziyyədir. Nə vaxtdan 15 illik həyat yoldaşını hökmrancasına danışmasına görə öldürürlər? Mən Pərvanəni sevirdim, son nəfəsimə qədər də belə olacaq”, – Əhmədov belə deyib.

Onun vəkilləri isə əməlin CM-in 124-cü (ehtiyatsızlıqdan adam öldürmə) maddəsinə tövsif olunmasını istəyib.

Xatırlatma

Hadisə mayın 30-da gecə saat 23.30 radələrində Ləhiş bağlarında baş verib.

1976-cı il təvəllüdlü Fəqan Əhmədov 10 ildir ki, hakimdir. O, 2011-2016-cı illərdə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində hakim işləyib.

2016-cı ildə isə Sabunçu Rayon Məhkəməsinə hakim təyin edilib. Hakimlikdən öncə isə o, uzun illər Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə hakim Tofiq Paşayevin köməkçisi və məhkəmə – iclas katibi işləyib.

2015-ci ilin noyabrında Nardaranda ilahiyyatçı Taleh Bağırov və tərəfdarlarının həbsilə nəticələnən polis əməliyyatından sonra xeyli yerli sakin də saxlanmışdı.

Onların bir çoxu qanunsuz silah saxlama və s. ittihamlarla 5-6 ilə qədər azadlıqdan məhrum edilmişdi. Lakin həmin şəxslər təqsirsiz olduqlarını və barələrindəki hökmlərin ədalətsiz, əsassız olduğunu iddia edirdilər. O hökmlərin bir neçəsində Əhmədovun imzası vardı.

Mənbə: AzadlıqRadiosu
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button