2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Məhkəmə iki ildir ki, virtual torpaq sahəsilə bağlı işə baxır

Bakı/02.12.21 Dekabrın 1-də Bakının Sabunçu Rayon Məhkəməsində Sabunçu rayonu “Ləhış bağları” bağ qəsəbəsində yerləşən bağ sahəsinin sahibi Dilşad Paşayevanın öz qonşusu və qohumu Nuhbala Paşayevə qarşı iddiası üzrə növbəti nəticəsiz proses keçirilib. Bu məhkəmə prosesi iki il (!) uzanması ilə diqqəti çəkir, baxmayaraq ki, iki qonşu arasındakı mübahisədə qeyri-adi və mürəkkəb bir şey yoxdur.

Paşayeva qaz və elektrik kommunikasiyaları olan yolun bir hissəsinə iddia edir, ancaq bu iddianı təsdiq edən dövlət sənədi yoxdur. Paşayevada ancaq  2006-cı ildə ləğv edilmiş Bağ təsərrüfatının ona sahə ayrılması barədə qərarı var. Ancaq sahənin yeri və sərhədlərilə bağlı sxem yoxdur. Fakta əsasən hazırda onun evi mövcuddur, yol kənarında yerləşən hasara alınmış evi var. Lakin o, qəfildən yolun bir hissəsini ələ keçirmək istəyib, səbəb də budur ki, xətri belə istəyir.

Sabunçu məhkəməsində Azərbaycan məhkəmə sisteminin bir neçə kvadratmetr torpaq sahəsi səbəbindən vətəndaşlar arasında yaranmış sadə inzibati mübahisələri həll etməyə qadir olmaması nümayiş etdirilir. Bütün bunlar ona görə baş verir ki, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti arxivdə olmadığına görə sahənin dislokasiya sxemini təqdim edə bilmir.

Saytların yığılması Saytlarin yigilmasi

Belə çıxır ki, problem olmamalıdır, mülkiyyət hüququ haqqında sənədi olmayan yol ümumi istifadə üçün yer olaraq qalmalıdır və məhkəmə bu həqiqəti qanuniləşdirməlidir.

Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin hiylələri

Hakim Paşayevanın bu əsassız dəlillərini rədd edə və məsələyə nöqtə qoymaqla prosesi dayandıra bilərdi. Lakin məhkəmə iddiaçının tələbilə Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə sorğu göndərib ki, oradan mübahisənin bu və ya digər tərəfinin haqlı olduğunu təsdiq edən sənədlər göndərilsin.

Məhkəməyə qəribə formullarla müxtəlif kağızlar gəlir. Bir məktubda (məktub 6 avqust 2021 tarixli və 219920306646 nömrəlidir) yazılıb ki, Xidmət yol sahəsinin Dilşad Paşayevanın mülkiyyətinə aid olmasına dair sübutlar tapmayıb, buna görə məhkəmənin sualına cavab vermək mümkün deyil. Amma məktuba Xidmət işçiləri tərəfindən Google Map çəkilişləri əsasında tərtib edilmiş sxem əlavə edilib ki, burada yolun mübahisəli sahəsi qanuni əsas olmadan məmur özbaşınalığı ilə Dilşad Paşayevanın sahəsinin sərhədinə daxil edilib və real olaraq yerində qeydə alınmış fakt kimi təqdim edilib. Lakin bu “saxtakarlıq” yerdən real fotoşəkillər və dekabrın 1-i üçün çəkilmiş alternativ Google Map şəkilləri ilə təkzib olunur. Onlarda Paşayevanın yolun kənarında tikilmiş və hasara alınmış evi açıq-aydın görünür. Bu fakt hələ 12 mart 2021-ci ildə Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin tapşırığı ilə mühəndis Ə.Abdullayev tərəfindən səyyar baxış zamanı qeydə alınıb. Onun sxemi göstərir ki, Paşayevanın hasarlanmış sahəsi yolun kənarındadır.

Əslində, məhkəmə Dilşad Paşayevanın ümumi istifadədə olan torpağa qanunsuz müdaxiləsi haqqında qərar qəbul etmək üçün tutarlı əsaslara malikdir. Ancaq bu, baş vermir. Dekabrın 1-də Turan agentliyinin nümayəndəsi məhkəmənin növbəti iclasında iştirak edib. Məhkəmə absurd teatrını xatırladıb.

Hakim Aşir Səmədov İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən ağlabatan sənədi ala bilmədiyini və növbəti iclasa bu idarənin ekspertini çağırmaq niyyətində olduğunu bildirib. Hakim köməkçisi bildirib ki, məhkəməyə nümayəndə çağırmaq üçün dəfələrlə Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə zəng edib. Amma orada zənglərə cavab vermirlər. O gülərək vəkillərə vəd edib ki, onların səyləri uğurlu olmayacaq. İddiaçı Paşayeva yorulmadan özünümüdafiə çıxışı edib, lakin bir dənə də olsun təsdiqedici sənədi olmayıb və iki vəkil isə sadəcə, öz xidməti vəzifələrini yerinə yetiriblər.

Cavabdeh Nuhbala Paşayev isə ürəyini tutaraq (yaşı az deyil) baş verənlərin mənasızlığına təəccüblənib. Onun məqsədi özgənin hesabına öz torpaq sahəsini genişləndirmək deyil, ümumi yolun saxlanması, evə getmək üçün hasarların üstündən aşmamaqdır.

Məhkəmə iki qonşu arasında torpaq mübahisəsini uzatmaqla nəyə nail olur? Mövcud faktlar hakimə az gəlir, o, tərəflərdən birinin haqlı olması ilə bağlı yeni sübutlar tələb edir. Proses uzanır və artıq aydındır ki, bu ilin sonunda başa çatmayacaq, çünki dekabrda hakim məzuniyyətə gedəcək. Növbəti iclas 2022-ci ilin yanvarına təyin edilib.

Nazirə məktub

Noyabrın 12-də Turan agentliyi iqtisadiyyat naziri Mikayıl Cabbarova məktub göndərərək bu məsələyə aydınlıq gətirilməsi üçün göstəriş verilməsini xahiş edib. Məktubda qeyd olunur ki, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin əməkdaşları qeyd olunan bağ massivində torpaq sahələrinin yerləşdiyi yeri göstərən arxiv sənədlərinin olmadığını söyləyərkən yumşaq desək, hiyləgərlik edirlər.  Agentlikdə onların olmasına dair sübutlar var.

Agentlik İqtisadiyyat Nazirliyinin araşdırmasının nəticələrini və 12 noyabr 2021-ci il tarixli məktuba cavab gözləyir.-0—

 

Turan

“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button