2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Məhkəmə keçmiş “Nida”çının şikayətini qismən təmin etdi

Yayımlandı: 15 Mart 2023 17:07

Vəkil apelyasiya şikayəti verəcəklərini deyir

“Nida” Vətəndaş Hərəkatının keçmiş üzvü, 2013-cü ilin martında təşkilatın keçirdiyi “Əsgər ölümlərinə son!” aksiyası öncəsi həbs olunan Məmməd Əzizov 3 il təqsirsiz həbsdə saxlandığına görə ona dəymiş mənəvi zərərin əvəzi olaraq, 36 min manat kompensasiya təyin olunub. Martın 15-də Nəsimi Rayon Məhkəməsində bu barədə qərar verilib.

Saytların yığılması Saytlarin yigilmasi

Məmməd Əzizov daha 7 nəfər NİDA-çı ilə birlikdə “Molotov kokteyli” hazırlama və kütləvi iğtişaşlar planlaşdırma ittihamıyla məhkəmə qarşısına çıxarılmış, 2014-cü ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmüylə 7 il 6 ay müddətinə azadlqıdan məhrum edilmişdi. O, 2016-cı ildə azadlığa buraxılmışdı.

2021-ci ilin fevralında Avropa Məhkəməsi Əzizovun, eləcə də onunla birlikdə mühakimə olunmuş Şahin Novruzlunun şikayətləri üzrə qərarında hər iki ərizəçiyə münasibətdə Konvensiyanın 5-ci (azadlıq və toxunulmazlıq hüququ) və 18-ci (hüquqlarla bağlı məhdudiyyətlərdən istifadənin hədləri) maddələrinin pozulması qənaətinə gəlmişdi. Bunun ardınca, Ali Məhkəmənin Plenumu hər iki gənc fəala münasibətdə bütün daxili məhkəməmə qərarlarını ləğv edib, onlara bəraət vermişdi. Lakin əsassız həbsdə saxlandığı müddətdə kompensasiya təyin olunması məsələsinə münasibət bildirməmişdi.

Ona görə də Məmməd Əzizovun vəkili Fariz Namazlı Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, müvəkkilinin üç il əsassız həbsdə saxlandığı müddətə görə 100 min manat təzminat tələb etmişdi. Məhkəmə bu tələbi qismən təmin edib – hökumətin üzərinə gənc fəal Məmməd Əzizova 36 min manat təzminat ödəmək öhdəliyi qoyulub. Bu isə hər ay üçün 1000 manat deməkdir.

Vəkil Fariz Namazlı qərardan narazı qalıb və apelyasiya şikayəti verəcəyini bildirib.

Avropa Məhkəməsi Məmməd Əzizov və onunla birlikdə mühakimə olunan Şahin Novruzlu haqqında qərarında yazır ki, onlar siyasi motivlərlə cəzalandırılıb.

Məmməd Əzizov və Şahin Novruzlu. Foto: Meydan TV

“Məhkəmə düşünür ki, Əzizov və Novruzluya cinayət təqibinin başlanılması, barələrində həbs tədbirinin seçilməsi, məhz əsgər ölümləri ilə əlaqədar hökumətə qarşı keçirilən nümayişlərdə fəal iştirak etdiklərinə görə NİDA üzvlərini cəzalandırmaq və susdurmaq məqsədi daşıyıb”, – Avropa Məhkəməsinin qərarı belə olub.
Onlarla yanaşı, o zaman NİDA-nın İdarə Heyətinin üzvü olan Zaur Qurbanlı, Rəşad Həsənov, Rəşadət Axundov, Üzeyir Məmmədli, İlkin Rüstəmzadə və Bəxtiyar Məmmədov da həbs olunmuşdu. 2014-cü ilin mayında Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmüylə onlara 6 ildən 8 ilə qədər həbs cəzası verilmişdi. Onlar sonradan əfv sərəncamı ilə azadlığa buraxıldılar.

Avropa Məhkəməsi Zaur Qurbanlı, Rəşadət Axundov, Rəşad Həsənov və Üzeyir Məmmədliyə münasibətdə də eyni qərarı qəbul edib. Ali Məhkəmənin Plenumu Avropa Məhkəməsinin qərarı əsasında onların da işinə yenidən baxıb, ittiham hökmünü ləğv edib və bəraətverici əsaslarla cinayət işinə xitam verilib.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button