2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

Məhkəmə Leyla və Arif Yunusun işi üzrə icraatı dayandırıb, amma cinayət təqibinə xitam verməyib

Bakı Apellyasiya Məhkəməsi çərşənbə axşamı hüquq müdafiəçiləri Leyla və Arif Yunusun işi üzrə icraatı dayandırıb. Amma bu qərar onların cinayət təqibinə son qoymur.

Hüquq müdafiəçiləri – Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus və onun həyat yoldaşı Arif Yunus 2015-ci ilin yayında iqtisadi cinayətlər və vətənə xəyanət ittihamı ilə həbs edilib.

2015-ci il avqustun 13-də Leyla Yunus 8,5 il müddətinə azadlıqdan məhrum edilib, Arif Yunus isə 7 il həbs cəzası alıb. Onlar ittihamları təkzib ediblər, işin siyasi xarakterli olduğunu bildiriblər.

Saytların yığılması Saytlarin yigilmasi

Beynəlxalq təşkilatların etirazlarından sonra 2015-ci il dekabrın 9-da Bakı Apellyasiya Məhkəməsi Yunuslar barəsində hökmü yüngülləşdirib, həbs cəzasını hər biri barəsində beş il şərti cəza ilə əvəz edib.

2016-cı il aprelin 19-da onlar məhkəmənin razılığı ilə müalicə üçün Azərbaycanı tərk ediblər. Bu il isə Ali Məhkəmə işi təkrarən baxılması üçün Apellyasiya Məhkəməsinə qaytarıb, amma müttəhimlər iştirak etmədiyi üçün işə baxılması təxirə salınıb.

Bu gün Bakı Apellyasiya Məhkəməsi Yunus cütlüyü ölkədə olmadığı üçün işə baxılması qeyri-mümkün olduğuna görə icraatı dayandırıb.

Vəkil Elçin Sadıqovun sözlərinə görə, müdafiə tərəfi onlayn rejimdə müttəhimlərin iştirakı ilə işə baxılmasında israr edib. Müdafiə tərəfi bəraətverici əsaslarla cinayət təqibinə son qoyulmasında təkid edib.

Amma məhkəmə vəsatəti təmin etməyib və Yunusların qızının mənzilinə qoyulmuş həbsi qaldırmayıb.

Vəkil bildirib ki, iş üzrə icraata xitam verilməsinə baxmayaraq, Yunus cütlüyünün cinayət təqibinə xitam verilməyib.

Onlar Azərbaycana gəldiyi və ya onların xaricdə saxlanılması haqqında sorğu verildiyi və Azərbaycana təhvil verildikləri təqdirdə məhkəmə icraatı bərpa edilə bilər.

Qeyd edək ki, Yunuslar Niderlanddan siyasi sığınacaq alıblar. Bir müddət əvvəl Avropa İnsan Hüquqları Məhkəməsi Yunusların təqibinin qanunsuz olduğuna qərar verib.

Onlar barəsində Avropa Konvensiyasının 18-ci (məhdudiyyətlərdən istifadə hədləri) maddəsinin pozulduğu, yəni siyasi motivlər olduğu təsdiq edilib.

Yunusların işi “Anar Məmmədlinin qrupu”nda – Avropa Şurası Nazirlər Komitəsinin Strasburq Məhkəməsinin qərarı ilə tam bəraət verilməsində israr etdiyi fəalların qrupundadır.

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button