2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Məhkəmə Məmməd İbrahimi həbsdə saxladı

Cinayət Məcəlləsinin yüngülləşdirici maddələri nəzərə alınmadı

16 saylı cəzaçəkmə müəssisəsində hakim Ceyhun Qədimovun sədrliyi ilə AXCP sədrinin müşaviri Mammad İbrahimin Cinayət Məcəlləsində edilən dəyişikliklərlə bağlı işinə yenidən baxılması üçün məhkəməyə etdiyi şikayətə baxılıb.

Bu barədə Məmməd İbrahimin oğlu Turan İbrahim məlumat yayıb.

Saytların yığılması Saytlarin yigilmasi

Turan İbrahim deyib ki, atasının şikayəti rədd edilib və haqqındakı qərar qüvvədə saxlanılıb.

2017-ci ildə CM-ə edilən düzəlişlər cəzanın yüngülləşdirilməsinə səbəb olub. Hazırda bu maddə üzrə cəzanın yuxarı həddi 4 ildir. Maddə üzrə cəzanın yumşaldılmasını nəzərə alaraq, M.İbrahim ona təyin edilən cəzaya yenidən baxılmasını xahiş edir.

Məmməd İbrahim 2015-ci il sentyabrın 30-da AXCP-nin keçmiş üzvü Mikayıl Quliyevin şikayəti əsasında həbs olunub. Sonradan bu maddə 221.2.2-ci maddəyə (silah tətbiq etməklə xuliqanlıq törətmək) tövsif edilib.

Martın 15-də Nərimanov Rayon Məhkəməsi M.İbrahimi təqsirli bilərək 3 il azadlıqdan məhrum edib.

M.İbrahim cəzasının 1/3 və ½ hissəsini çəkməsilə əlaqədar cəzanın yumşaldılması və məntəqə tipli müəssisəyə köçürülməsi üçün məhkəməyə müraciət edib. Ancaq bu müraciətlər təmin edilməyib.

Hüquq-müdafiə təşkilatları M.İbrahimi siyasi məhbus kimi tanıyıblar.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button