2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
24 saat

Məhkəmə Mövsüm Səmədovun şikayətinə baxacaq

Azərbaycan İslam Partiyasının həbsdə olan sədri Mövsüm Səmədovun kassasiya şikayəti üzrə məhkəmə prosesinin vaxtı məlum olub.

Saytların yığılması Saytlarin yigilmasi

Vəkil Yalçın İmanovun verdiyi məlumata görə, kassasiya şikayətinə noyabrın 22-də Ali Məhkəmədə baxılacaq. Prosesə hakim Əli Seyfəliyev sədrlik edəcək.

Qeyd edək ki, bir müddət əvvəl 13 saylı cəzaçəkməəssisəsinin rəisi Rauf Məmmədov Qaradağ rayon Məhkəməsinə təqdimat verərək bildirib ki, Mövsüm Səmədov islaholunmaz məhkumdur. Məhkumlar arasında radikal dini söhbətlər, təbliğat aparır. Rəis təqdimatında Mövsüm Səmədovun 3 il müddətinə Qobustandakı qapalı rejimli həbsxanaya göndərilməsini istəyib.

Qaradağ rayon Məhkəməsində M. Səmədovun cəza rejiminin dəyişdirilməsi ilə bağlı təqdimata baxılıb. Məhkəmə təqdimatı təmin edib. M. Səmodovun 3 il müddətinə qapalı rejimli həbsxanaya köçürülməsi barədə qərar qəbul edib. Həmin qərardan verilən apellyasiya şikayəti isə təmin edilməyib. Şikayətdə qərarın ləğvi istənilib. Bundan sonra M. Səmədov vəkili vasitəsi ilə kassasiya şikayəti verib.

Azadliq.info

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button