2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
CəmiyyətXəbərlər

Məhkəmə MTN-in keçmiş generalını həbsdə saxlayıb

Bakı/23.09.21 Sentyabrın 23-də Bakı Hərbi Məhkəməsində Azərbaycanın ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Hərbi əks-Kəşfiyyat Baş İdarəsinin sabiq rəisi general Nizami Şirinov və qurumun tərkibində olan idarələrin rəisləri işləmiş Elcan Abdullayev və Elman Tahirov, əməliyyat müvəkkili işləmiş Nadir Nəzirovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası başlayıb.

Prosesdə zərər cəkmiş Mirzəli Yusifov ittiham olunanlara qarşı 315 min dollarlıq iddia qaldırıb. Keçmiş MTN zabitlərinin ondan zorla aldıgı bu puldan başqa Yusifov 300 min dollarlıq mənəvı zərərə görə təzminat istəyib. İddia hakim tərəfindən qəbul edilib.

Sonra Şirinovun vəkili müdafiə etdiyi şəxsin ev dustaqlıgı şəraitinə kecirilməsi istəyi ilə cıxış etdi. Bakı Hərbi Məhkəməsinin hakimi Camal Ramazanov razılıq verməyib.

Saytların yığılması Saytlarin yigilmasi

Məhkəmənin növbəti iclası oktyabrın 7-na təyin olunub.

Şirinova qarşı Cinayət Məcəlləsinin 182.3.2 (ağırlaşdırıcı hallarda hədə qorxu ilə tələb etmə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma), 311.3.4 (ağırlaşdırıcı hallarda rüşvət alma) və digər maddələri ilə ittiham elan edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, Elcan Abdullayev, Elman Tahirov və Nadir Nəzirov həmin Məcəllənin 341.2.1, 341.2.3-cü (vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barələrində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.

Qeyd edək ki, MTN 2015-ci ildə ləğv edilib, amma adı çəkilən şəxslər bu ilin aprelində məsuliyyətə cəlb edilib. -06D-

 

Mənbə:Turan

“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button