2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Məhkəmə ‘Putinin aşpazına’ ‘oğru’ dediyinə görə Navalnını cərimələdi

Moskva məhkəməsi biznesmen Yevgeni Priqojinin “şərəf və ləyaqətinin qorunması” barədə müxalifət siyasətçisi Aleksey Navalnıya qarşı verdiyi vəsatəti təmin edib.

Məhkəmə qərarında deyilir ki, Navalnı “Putinin aşpazı” ləqəbi ilə tanınan biznesmenə, onu “oğru” adlandırdığına və varidatını “iylənmiş ərzaq satmaqla” qazandığını iddia etdiyinə görə Priqojinə 500 min rubl təzminat ödəməlidir.

Saytların yığılması Saytlarin yigilmasi

Proqojinin vəsatəti ilə bağlı məhkəmənin keçirilməsi ilə bağlı xəbəri MBX media qurumu yayıb.

Şirkəti Kreml ziyafətlərini təşkil etməklə məşğul olan Priqojin bu vəsatətlə məhkəməyə 2020-ci ilin sentyabrında müraciət etmişdi.

O vaxt Navalnı özünün Twitter postunda yazmışdı ki, Priqojin onun Antikorrupsiya Fonduna (AKF) 1 milyon rubl (13 min 400 dollar) pul köçürüb:

“Biz düşündük: Bu pulu sahibinə qaytaraq, yoxsa xeyriyyəyə verək? Qərara gəldik ki, uşaq bağçalarına və məktəblərə iylənmiş ərzaq satmaqla qazanılmış pulun bizim hesabımızda olması belə ürək bulandırır. Ona görə göndərdiyi pulu bu oğrunun özünə qaytardıq”.

Məhkəmə qərarında deyilir ki, Navalnının postundakı iddialar həqiqətə uyğun deyil və biznesmenin ləyaqətini təhqir edir və işgüzar imicinə ziyan vurur.

Navalnı məhkəmə qərarı ilə bağlı heç bir şərh verməyib.

O hazırda Vladimir vilayətindəki təcridxanada həbsxana cəzasını çəkir.

24 saat” “Məhkəmə ‘Putinin aşpazına’ ‘oğru’ dediyinə görə Navalnını cərimələdi” başlıqlı yazını “Azadlıq Radiosu”na istinadən dərc edib.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button