2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

''Məhkəmələrdə bank-müştəri arasında mübahisələrə dair 280 min iddia var''

Qubad İbadoğlu: “Prosesə dövlət müdaxiləsi olmalıdır”

Saytların yığılması Saytlarin yigilmasi

“Azərbaycanda 2 milyon 304 min 585 müştərinin kredit hesabı var. Hər 4 nəfərdən birinin ya özünün və ya da sahibi olduğu sahibkarlıq subyektinin bank qarşısında birbaşa öhdəlikləri mövcuddur”.

Bunları Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının sədri, iqtisadçı Qubad İbadoğlu bank kreditlərinin həlli yolları barədə danışarkən deyib.

O, hazırda məhkəmələrdə bank-müştəri arasında mübahisələrə dair 280 min iddianın olduğunu bildirib. Onların əksəriyyəti bankların verdikləri kreditlərlə bağlı yaranmış borclara görədir.

“Bu, kredit borcu olanların 12 faizini və ya hər 8 nəfərdən 1-ni təşkil edir. Məhkəmə qərarlarının icrası qurumlarının sərəncamına yönələn işlərin sayı da durmadan artır” – deyə, ekspert bildirib.

Q.İbadoğlu bu durumun məhkəmə xərclərini ödəyən bankların və müştərilərin məsrəflərini də xeyli artırdığını deyir:

“Belə vəziyyətdən yalnız məhkəmə, məhkəmə qərarlarının icrası qurumları rəsmi və qeyri-rəsmi ödənişlər hesabına bəhrələnir. Son rəsmi bilgilərə görə, bank və bank olmayan kredit təşkilatlarının kredit portfeli 16 milyard 705 milyon 200 min manat olub. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 21.2 faiz azdır”.

İqtisadçı deyir ki, ödəmə vaxtı keçmiş kreditlərin məbləği ümumi kredit portfelinin 10 faizini ötüb:

“Kredit qoyuluşlarının həcmi azalır, eləcə də kredit portfelində vaxtıkeçmiş borcların payı artır”, – deyən ekspert vurğulayır ki, borc probleminin məhkəmə müstəvisində kompleks həlli perspektivi yoxdur.

“Bu prosesə dövlət müdaxiləsi olmalı, problemi tənzimləməkdən ötrü uyğun hüquqi və normativ baza formalaşdırmalıdır. Məhkəmələrin düzgün, sosial cəhətdən ədalətli qərar verməsindən ötrü fiziki şəxslərin və fərdi sahibkarların müflis olmasına dair müvafiq qanun layihəsi qəbul edilməlidir. Məhkəmələr də müştərilərə ümid və şübhəli borcları qaytarmaqdan ötrü möhlət hüququ verməlidir”, – Q.İbadoğlu bildirib.

2017-ci ilin ilk ayında vaxtı keçmiş kreditlərin həcmi 1 milyard 633,1 milyon manat olub. Azərbaycan Mərkəzi Bankının (AMB) açıqladığı rəqəmlərə görə, illik müqayisədə problemli kreditlər 318,5 milyon (24,2 faiz) manat çoxalıb.

İlin əvvəli ilə müqayisədə isə yanvarda problemli kreditlərin həcmi 160,5 milyon manat artıb.

Problemli kreditlərin iqtisadiyyata kredit qoyuluşlarında payı 9,8 faiz təşkil edir. Ötən ilin sonuna bu göstərici 9 faiz olub.

24saat.org

Mənbə – www.meydan.tv

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button