2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Məişət zorakılığının azyaşlı qurbanlarını necə qorumaq olar?

Dövlətin uşaq sığınacaqları yoxdur

Saytların yığılması Saytlarin yigilmasi

Züleyxa Cəfərova yetkinlik yaşına çatmayan 14 yaşlı qızı Elsanə Cəfərovanı ötən il avqust ayının 3-də yaşadığı Balaxanı qəsəbəsindəki mənzildə yaylıqla boğaraq qətlə yetirib.

Təqsirləndirilən Züleyxa Cəfərova ona elan olunmuş ittihamla özünü təqsirli bilib. O, hadisə zamanı özündə olmadığını deyib. Z.Cəfərova ifadəsində xadimə işlədiyini, Anar Ağayevlə 2001-ci ildə ailə həyatı qurduğunu, birgə nikahdan üç övladları olduğunu, həyat yoldaşının ilk dəfə qızı Elsanə 3 aylıq olarkən oğurluq törətdiyinə görə həbs edildiyini göstərib.

Z.Cəfərovanın ifadəsinə görə, hadisədən bir müddət əvvəl qızı sancılandığına görə onu xəstəxanaya aparıb. Həmin vaxt 14 yaşlı Elsanəni müayinə edən həkimlər ona qızının bakirə olmadığını deyiblər:

“Elsanə dedi ki, hamamda yıxılıb. Həkimlər isə dedilər ki, bu hadisə hamamda yıxılmaqla deyil, əvvəldən baş verib”.

Bundan sonra ana dəfələrlə qızından kiminlə yaxınlıq etdiyini soruşub. Lakin E.Cəfərova heç kimlə yaxınlıq etmədiyini deyib. Qızının sözlərinə inanmayan ana onun cinsi zorakılığa məruz qalıb-qalmamasını müəyyən etmək üçün 14 iyul 2016-cı ildə ərizə ilə Sabunçu Rayon Prokurorluğuna müraciət edib. E.Cəfərova məhkəmə-tibb ekspertizasından keçirilib. Məhz bundan sonra E.Cəfərova anasına 2015-ci ilin noyabr ayında bibisi oğlu Fuad Heydərovun ona təcavüz etdiyini deyib.

Hər il ölkədə nə qədər bu cür hadisə baş verir? Daxili İşlər Nazirliyi intiharlar və məişət zorakılığının ayrıca statistikasını yox, ümumilikdə ölüm halları haqda olan göstəriciləri qeyd edir.

Qanun var, ancaq işləmir

Məişət zorakılığının azyaşlı qurbanlarını necə qorumaq olar?

“Məsələni araşdırdıqca da bəlli olur ki, bu uşaqların əksəriyyəti evdə doğulur, ya da ananın sənədi olmadığından doğum şəhadətnaməsi verilmir”.

Sığınacaqda hazırda otuza yaxın uşaq (əksəriyyəti qızlardır) və 4 ana var. Məişət zorakılığına məruz qalaraq evdən qaçan qızların durumu aydın deyil: onlar ailənin başını “aşağı” etdikləri üçün elə ailə üzvü tərəfindən öldürülür. Hazırda sırf məişət zorakılığı qurbanları üçün sığınacaqlar fəaliyyət göstərmir:

“Məişət zorakılığına məruz qalmış insanlar üçün sığınacaq yoxdur. Bu sığınacaq olsaydı, şəxs ora yerləşdirilər və qanunun tələb etdiyi digər addımlar atılardı. Amma bizdə bu sığınacaq olmadığına görə polis məcburdu evdən qaçmış qız uşağını ya evinə, ya da qohumunun evinə qaytarsın. İstər-istəməz bu kimi hallar meydana gəlir. Cinayət törənir” – deyir, F.Əkbərov.

“Ümidli Gələcək” Gənclər Təşkilatı 2011-ci ildə sığınacaq yaratsa da, maliyyə davamlılığı olmamasından fəaliyyəti dayanıb. Hazırda Azərbaycanda bir neçə sığınacaq fəaliyyət göstərir ki, onlar məişət zorkılığına məruz qalmış uşaqlar üçün ixtisaslaşmayıb. Əsasən insan alverinə məruz qalan qadınlar, tənha analar, küçə uşaqları üçün sığınacaqlardır.

Məişət zorakılığının bir növü də erkən nikahlardır

Sumqayıt şəhərində yerləşən “Qadın təşəbbüsü və sosial problemlərin həllinə yardım” İctimai Birliyinin sədri Zenfira Mustafayevanın sözlərinə görə, yetkinlik yaşına çatmayan qızların evləndirilməsi bu gün ciddi problemdir:

“Bizə daha bir qız müraciət edib. Erkən nikahlarla bağlı problemdir. Həmin qızı İcra Hakimiyyətinə çağırıb danışmalı idilər. Mən də təklif etdim ki, qızı haradasa yerləşdirək. Ancaq harada? Orta məktəbdə oxuyan 15 yaşlı qızı məcburi evləndirmək istəyirlər. Çox ağıllı qızdır. Dərslərini də yaxşı oxuyur”.

Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Elgün Səfərov deyir ki, hazırda Bakıda, Sumqayıtda və Gəncədə qadın və uşaqlar üçün sığınacaqlar fəaliyyət göstərir:

“Əvvəl daha çox idi, təəssüf ki, onların bəziləri fəaliyyətini dayandırdı. İstanbul Konvensiyası var (Avropa İttifaqının qadınlara qarşı zorakılıq hallarının qarşısının alınması konvensiyası – red.). Azərbaycan çox təəssüf ki, hələ ona qoşulmayıb. O konvensiyanın əsas açıqlaması nədir? Hər 200 000 əhaliyə görə bir sığınacaq tikilməlidir. Azərbaycanda çox təəssüf olsun ki, dövlət sığınacağı yoxdur”.

Çətin vəziyyətdə olan hər uşaq polisə müraciət edə bilmir. Bunun üçün “qaynar xətt”lər yaradılır, hansı ki, qurbanlar bu yolla psixoloji dəstək alırlar. “Ümidli gələcək” Gənclər Təşkilatının icraçı direktoru İradə Aşumova deyir ki,  il ərzində onlara 3500-4000 uşaq zəng vurur:

“Şikayətlər əsasən fiziki, cinsi, psixoloji zorakılıqlardır. Bundan başqa, həmyaşıdlar arasında, məktəbdə olan problemlər, uşaqların təhsildən yayındırılması, sosial vəziyyətdən asılı olaraq təhsildən yayınma və etinasızlıq. Valideynlərin uşaqları atması, uşaqlara olan münasibətdə soyuqluq. Əslində etinasızlıq da zorakılıqdı”. K.Aşumova deyir ki, “qaynar xətt”ə 2008-ci ildən bu günə qədər 20 000-ə yaxın zəng gəlib: “Onların bir qismi məsləhət xarakterli olub, bir qismi ilə psixoloq işləyib. 3000-ə yaxın ailə ilə isə individual işlənib”.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Elgün Səfərovun sözlərinə görə, hazırda məişət zorakılığının qarşısının alınması ilə bağlı Milli Fəaliyyət Planı layihəsi hazırlanıb:

“Layihə digər dövlət qurumları ilə razılaşdırılıb. Həmin layihə çərçivəsində də büdcə vəsaiti hesabına dövlət sığınacaqlarının yaradılması salınıb. Ancaq Milli Fəaliyyət Planının ilin sonuna qədər qəbul edilməsini gözləyirik. Gələn ildən də Milli Fəaliyyət Planının icra edilməsi nəzərdə tutulub. Beynəlxalq təcrübəni götürəndə uşaq intiharlarının əksəriyyəti məişət zəmnində, ailə daxilində olan problemlərə toxunur. Vacib amillərin yerinə yetirilməsinə ehtiyac olan qədər də maliyyə ayrılmalıdır. Bu da böyük problemlərdən biridir”.

Şahidlər də qurbandır

Avropa İttifaqının İstanbul Konvensiyasında ayrıca bir bənddə qeyd olunur ki, ailədaxili zorakılıq zamanı ailədə olan uşaqlar da zorakılığın qurbanı hesab edilir, onlar bu zorakılığın şahidi hesab olunurlar. Bu uşaqlara nəinki psixoloji, eyni zamanda hüquq problemləri yaranır. İyun ayında Qəbələ rayonunun Kürd kəndi sakini Xəyal Verdiyevin məhkəməsi başlayır. O, həyat yoldaşı Səbinə Verdiyevanı qətlə yetirib. Onların üç uşağı, hansı ki, böyüyünün 6 yaşı var, ata tərəfin qohumlarındadır. S.Verdiyevanın ailəsi uşaqlarıöz qəyyumluğuna götürmək istəyir, onlar düşünür ki, körpələr “qatilin ailəsində yaşamamalıdırlar”. Nəticədə valideynlərini itirən uşaqlar yeni ailədaxili münaqişənin mərkəzinə düşüblər. Dövlət Komitəsinin yerli qurumu vəziyyəti nəzarətdə saxlayırlar. Ana və Uşaqlara Dəstək Mərkəzinin direktoru Günel Ağayeva bildirir ki, ailənin monitorinqləri zamanı uşaqlarla yaxşı rəftar olunduğunun şahidi olublar. “Hər iki valideynini itirən” uşaqlar başqa insanları qəbul etmirlər. Onlara psixoloji dəstək lazımdır.

24saat.org

Mənbə – www.meydan.tv

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button