2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

“Məktəb binasının üstünə daş yığırıq ki, dam örtüyü uçmasın”

Yayımlandı: 24 Yanvar 2023 14:13

Kəlbəcər köçkünləri yeni məktəb tikilməsini istəyirlər

Tərtərin Həsənqaya kəndində yerləşən Kəlbəcər rayon 127 saylı orta məktəb qəzalı vəziyyətdədir. Adlarının qeyd olunmasını istəməyən bir neçə valideyn Meydan TV-yə şikayət göndərib. Onlar iddia edir ki, uzun illərdir övladları mal tövləsini xatırladan birmərtəbəli, köhnə binada dərs alır. Onların deməsinə görə, köçkün balalarının təhsil ocağına çevrilmiş tikilinin tavanı, döşəməsi çöküb:

Saytların yığılması Saytlarin yigilmasi

“Bu köhnə bina elə məskunlaşdığımız ərazidə yerləşir, məktəb deməyə də dilimiz gəlmir. Hər dəfə icra hakimiyyətinə müraciət edəndə deyirlər ki, orda şagird sayı az olduğuna görə yeni məktəb tikintisi nəzərdə tutulmayıb. Bəs bu uşaqlar soyuq, rütubətli, tavanı, döşəməsi çürük otaqlarda necə təhsillə məşğul olsunlar?”

Otaqlar isinmir

Valideynlərin sözlərinə görə, otaqlar odun sobasıyla isidilir. Daha doğrusu, binanın tavanından, döşəməsindən, divarlarındakı deşiklərdən doluşan soyuq otaqların isinməsinə imkan vermir. Tikilinin dam örtüyü isə mişar daşlarıyla qorunur:

“Köhnə tikilinin dam örtüyünə daşlar yığılıb. Bu daşları özümüz məcburiyyətdən ora yığmışıq ki, külək dam örtüyünü aparmasın. Çünki əvvəllər dəfələrlə belə təhlükələr olub. Biz uşaqlarımızın həyatı üçün qorxuruq, külək əsər, ağır şiferlər uşaqların başına düşər”.

Partalar, stullar təzələnmir

Fotolardan da görünən odur ki, çox köhnə, birmərtəbəli tikilinin dam örtüyünü – şiferləri doğrudan da üzərində yığılmış mişar daşları saxlayıb. Şiferlətin altına yığılan taxtalar da bir-birinə simlə bağlanıb ki, aralanmasın.

Sinif otaqlarındakı partalar, stullar, lövhələr də sınıq-sınıqdır, uzun illərdir ki, təzələnmir:

“Uşaqlarımızı sağlam və təhsilli görmək istəyirik. Bunun üçün də normal şəraiti olan məktəbə ehtiyacımız var. Təhsil mövsümü soyuq aylara düşür, uşaqlar üç-dörd saat sinifdə oturanda evə əl-ayaqları soyuqdan əsə-əsə gəlirlər. Ayaqlarının altındakı döşəmə çürük, başlarının üstündəki tavan yararsız… Hansını deyək?”

Dam örtüyü təmir olunacaq

Kəlbəcər Rayon İcra Hakimiyyətindən bildirilib ki, bu məsələ Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin Kəlbəcər rayonu üzrə təhsil sektorunun diqqətindədir. Məktəb binasında təmir işləri nəzərdə tutulub, əsasən də dam örtüyü təzələnəcək. O da bildirilib ki, məktəbdə şagird sayı az olduğuna görə başqa məktəb tikintisinə ehtiyac görülmür.

Bir neçə gün əvvəl Elm və Təhsil Nazirliyinin təsərrüfathesablı əsaslı tikinti və təchizat idarəsinin rəis müavini Fərhan Əliyev bütün məktəblərdə monitorinq aparıldığını, ölkədə 900-ə yaxın qəzalı və yararsız vəziyyətdə məktəb olduğunu açıqlayıb.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button