2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Sosial

“Məktəb yoluxma riskinin yüksək olduğu məkandır“ – Nə etməli?

Sosial şəbəkələrdə Covid-19 pasportu olmayan valideynlərin direktorlar tərəfindən məktəblərə buraxılmaması barədə məlumatlar yayılıb.

Buna səbəb kimi Təhsil Nazirliyi tərəfindən Nazirlər Kabineti yanında Operativ Qərargahın Covid-19 pasportu ilə bağlı tələbi əsas göstərilir.

Qarşı tərəf isə Təhsil naziri Emin Əmrullayevin “valideynlərdən heç bir Covid-19 pasportu tələb etmirik” açıqlamasına söykənərək, təhsil müəssisələrinə rahat girib-çıxmaq hüquqlarının olduğunu iddia edirlər.

Saytların yığılması Saytlarin yigilmasi

Maraqlıdır, Covid-19 pasportu olmayan valideynlər məktəblərə buraxılmayacaq? Ümumiyyətlə, bu məsələ necə tənzimlənməlidir?

Təhsil eksperti Kamran Əsədov 24saat.org-a açıqlamasında Covid-19 pasportu olmayan şəxslərin tədris müəssisəsinə buraxılmamasının düzgün olduğunu söyləyib:

“Pandemiya dövründə qaydalara riayət etmək hər kəsin borcudur. Tədris müəssisələrinə Covid-19 pasportu olmayanların buraxılmaması doğrudur. Həmin valideynlər restoranlara, ictimai iaşə obyektlərinə gedəndə onlardan Covid-19 pasportu yoxlanılır. Olmayanlar içəri buraxılmır. Bunu da normal hesab edirlər. Lakin məktəblərdə bu normal hesab edilmir”.

Ekspertin sözlərinə görə, tədris müəssisələri yoluxma riskinin daha yüksək olduğu yerdir:

“Təhsil elə bir yerdir ki, hər 10 ailədən 3-ü birbaşa buraya aiddir. Ola bilər ki, yoluxmuş şəxs və yaxud konkret olaraq hazırda Covid-19-un daşıyıcısı olan biri təhsil müəssisəsinə daxil olan zaman digər şəxslərə bunu yoluxdura bilər. Bu zaman yoluxma riski daha çox olur. Ona görə Təhsil Nazirliyi bu məsələdə mövqeyini ortaya qoyub.Ümumiyyətlə, koronavirus pasportu olmayan valideynlərin təhsil müəssisəsinə buraxılmaması normaldır. Yenidən yoluxma hallarının baş verməməsi üçün belə bir tələbin qoyulması anlaşılandı və burada qanunvericiliyə zidd hər hansı bir addım yoxdur”.

K.Əsədov valideyni vaksin olunmayan şagirdlərin tədris prosesindən uzaqlaşdırılması kimi bir qərarın olmadığını qeyd edib:

“Belə bir məsələ var idi ki, valideyni vaksin olunmayan uşaqlar məktəbə buraxılmayacaq. Lakin belə bir tələb yoxur. Valideynin vaksin olunub-olunmaması uşağın məktəbə gedişi ilə bağlı hər hansı bir məhdudiyyət yaratmır.

Şagird tədris prosesindən kənarlaşdırılmır. Amma valideyn məktəbə buraxılmır. Uşağın məktəbə gəlməsi ilə bağlı isə heç bir problem yoxdur. Bununla bağlı qanunvericilikdə, daxili nizam-intizam qaydalarında məhdudiyyət yoxdur. Lakin valideyn vaksin olunmayıbsa, məktəbə özü gələ bilməz, uşağı gələ bilər”.

Nəzrin Vahid 

Mənbə
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button