2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Məktəbdə BİABIRÇILIQ: müəllim qızın şalvarını çıxardıb sinifdə gəzdirdi – VİDEO

Türkiyədəki məktəblərin birində biabırçı olay yaşanıb.

“Haberler”in məlumatına görə, Antalyadakı məktəblərin birində valideynlər 2-ci siniflərə dərs deyən müəllim D.L.-dən şikayət ediblər. Onlar bildiriblər ki, müəllim şagirdlərindən birinin şərəf və ləyaqətini alçaldıb.

İddialara görə, müəllim qız şagirdini əvvəlcə sinif yoldaşlarının yanında danlayıb, sonra da onu soyunduraraq sinifdə gəzdirib. Hətta müəllim uşağın başını lövhəyə də vurub.

Saytların yığılması Saytlarin yigilmasi

Bunu övladlarından eşidən valideynlər məktəb rəhbərliyi ilə əlaqə saxlayıblar. Məlum olub ki, deyilənlər doğrudur.

Valideynlər müəllimlə üzləşiblər. D.L. uşağın şalvarını çıxarmaq söhbətini yalanlayıb. O: “Uşaq şalvar geyinmişdi, vuranda düyməsi qopdu, şalvar əynindən düşdü”, – deyərək səhvini boynundan atıb.

Valideynlər təhlükəsizlik kameralarına düşən görüntüləri izləyiblər. Uşağın həmin gün düyməsiz şalvar geyindiyi məlum olub.

Məsələ ilə bağlı aidiyyatı qurumlara ərizə verilib, araşdırma aparılır.

(milli.az)

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button