2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Məktəbin idman meydançasında müəmmalı tikinti aparılır VİDEO

Sumqayıtdakı 21 nömrəli məktəbin şagirdləri idman meydançasından istifadə edə bilmirlər. 12-ci mikrorayonda yaşayan sakinlər 2 aydır ki, idman meydançasının zəbt olunduğunu deyirlər. Etiraz edənlər icraçılardan meydançanın nə üçün söküldüyünü soruşanda, onlara yuxarıdan tapşırıq aldıqlarını söyləyiblər.

“Bizə cavab verən yoxdur. Burada tikintini birinci “Şərur inşaat” başlayıb. Sonradan dedilər ki, “Şərur inşaat”ın törəmə şirkətidir. Heç kim də demir ki, burada kim nə tikir, niyə tikir? Birinci dedilər, guya şəhid ailələri üçün burada ev tikilir. Camaatı sakitləşdirmək üçün elə dedilər. O,yalan çıxdı. Sonra dedilər, qaçqınlar üçün tikilir. Yalan çıxdı. İndi də adını qoyublar guya sosial ev tikilir. Bəziləri deyir ki, yuxarının tapşırığı ilə tikirlər. Halbuki yuxarıdan heç kim deməz ki, get məktəbin ərazisini zəbt elə, orada ev tik.” – Vüqar Xəlilov belə deyir.

Saytların yığılması Saytlarin yigilmasi

“Biz buraya yığışan kimi fəhlə də qaçır buradan. Heç kim olmur. Sözümüzü də heç kimə deyə bilmirik. Müdiriyyət tələb edirik, onlar da gəlmir. Deyirlər ki, buranı Mehriban Əliyevanın atası tikdirir. Onun adından istifadə edirlər. Bu, dövlət səviyyəlidir, sosial evlərdir. Bəs dövlət səviyyəlidirsə, niyə bizi görən kimi qaçırsan?” – Lətifə Əliyeva gileylənir.

“Binanın qabağındakı asfaltı sökəndə icra hakimiyyətindən gəlmişdilər. Çıxış elədik ki, bu nədir? Dedi ki, sizlik deyil. Siz başınızı çəkin qırağa, oturun evinizdə. Bəs biz ona nə cavab verək? Gəlmişdilər, polisləri tökmüşdülər buraya. Bir-bir camaatı çəkib qıraqda başa salırdılar, göndərirdilər evə. Bu dövlətdə söz deyə bilmiriksə, bizi hədələyirlərsə, bəs biz nə edək? Necə yaşayaq?” – deyə İlkin Babayev sual edir.

Sökülən idman meydançası yaxınlıqda yaşayan insanların həm də istirahət mərkəzi olub. Birinci qrup əlilliyi olan Vüqar Xəlilov danışır ki, park uzaqda olduğu üçün sakinlər asudə vaxtlarını burada keçirirmişlər. O, bir-bir dövlət qurumlarına göndərdiyi cavabsız teleqramları sayır:

“Birinci vitse-prezident hörmətli Mehriban xanıma, gənclər və idman naziri Azad Rəhimov, Baş prokukor Zakir Qaralova yazmışam. Cənab prezident bütün çıxışlarında deyir ki, gənc nəsil savadlı və sağlam böyüməlidir. Sağlam böyümək üçün də stadion, idman lazımdır. İdmanı da zəbt edirlər. Bu, birbaşa prezidentə qarşı getmək deməkdir.”

“Elə ki gəlirsən, sən gələn kimi fəhləsini, hər şeyini aparır. Yoxa çıxır. Kimə də deyirsən, deyir “mənlik deyil. Məni yuxarıdan göndəriblər. Kim göndərib? Prezident də, onun yoldaşı da, nazir də bilməlidir ki, bunu kim göndərib? Əgər bu binanın adamları bu dövlətə lazım deyilsə, gəlsin desin ki, siz bizə lazım deyilsiniz” – bir başqa bina sakini deyir.
Meydança söküləndən sonra buranın balaca sakinləri idmandan uzaq düşüblər. Onlar indi məşqlərini binaların həyətində edirlər.

“Həmişə burada qaçırdıq. İndi – söküləndən sonra qaça bilmirik. Əvvəllər burada bizim neçə-neçə idmançılarımız var idi. Hamısı burada qaçırdılar. İndi isə tikinti olduğuna görə, heç kim qaça bilmir. Bizim də futbol oynamağa yerimiz yoxdur. İndi həyətimizdəki balaca bir yerdə oynayırıq. Orada da kişilər əsəbiləşir, oynamağa qoymurlar”.
Sumqayıt Şəhər İcra Hakimiyyəti suallarımızı cavablandırmadı. Sosial evlər layihəsini həyata keçirən Mənzil İnşaatı Dövlət Agentliyindən isə bildirdilər ki, Sumqayıt şəhərində heç bir tikinti aparılmır. (meydan.tv)

[youtube https://www.youtube.com/watch?v=dB5ffr5mDWg?feature=oembed&w=500&h=281]

 

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button