2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

Məktəblərdə bu fənn üzrə dərs saatı artırıla bilər

 

Azərbaycanın təhsil müəssisələrində bədən tərbiyəsi dərsləri artırıla bilər.

BiG.AZ trend-ə istinadən xəbər verir ki, bu barədə Milli Məclisə təqdim olunmuş “Azərbaycanın 2017-ci il və gələn üç il üzrə iqtisadi-sosial inkişaf konsepsiyası”nın layihəsində deyilir.

Qeyd olunur ki, növbəti illərdə təhsil müəssisələrində bədən tərbiyəsi dərslərinin saatlarının artırılması, dərslərin keyfiyyəti və istifadə olunan metodologiyanın təkmilləşdirilməsi, metodiki vəsaitin işlənib hazırlanması, təhsil müəssisələrində və yaşayış yerlərində bədən tərbiyəsi və idman infrastrukturunun inkişaf etdirilməsi, məşqçi-müəllimlərin hazırlanması və ixtisaslarının artırılması, bədən tərbiyəsi və idman sahəsində elmi-metodiki təminat sisteminin təkmilləşdirilməsi, müxtəlif idman növləri üzrə ixtisaslaşdırılmış təlim-idman bazalarının yaradılması istiqamətində tədbirlər həyata keçiriləcək.

Saytların yığılması Saytlarin yigilmasi

Bundan başqa, bədən tərbiyəsi və idmanın inkişafı, yüksək səviyyəli idmançılar hazırlanması sahələri üzrə elmi tədqiqatların aparılması, idman təhsili sahəsində qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsi və tətbiq edilməsi, bədən tərbiyəsi və idman sahəsində Milli Strategiyanın tələblərinə uyğun olaraq dövlət siyasətinə, qanunvericilik aktlarına və direktiv-normatik sənədlərə yenidən baxılması da nəzərdə tutulan tədbirlər sırasındadır.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button