2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

Məleykə Abbaszadə ixtisarlardan danışdı

“Dövlət İmtahan Mərkəzinin yaradılması ilə bağlı prezidentin verdiyi fərmanda xüsusi bənd var. Orada qeyd edilir ki, Dövlət İmtahan Mərkəzi dövlət qeydiyyatına götürüldükdən sonra Tələbə Qəbulu üzrə Dövlət Komissiyası və Dövlət Qulluğu Məsələləri üzrə Komissiya ləğv ediləcək. Hazırda biz bu istiqamətdə müəyyən işlər aparırıq”.

Bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

Onun sözlərinə görə, bu istiqamətdə işlər başa çatanda və DİM dövlət qeydiyyatına alındıqda, hər iki qurumun işinə xitam veriləcək.

Saytların yığılması Saytlarin yigilmasi

M.Abbaszadə qeyd edib ki, hüquqi-normativ prosedurlar iki ay davam edəcək. “Strukturu formalaşdıqdan sonra ləğv ediləcək TQDK və DQMK-nın işçiləri arasında ixtisarlar olacaqmı?” sualının cavabında isə mərkəz sədri bu haqda nəsə deyə bilməyəcəyini bildirib: “Strukturu formalaşdıqdan sonra biz bu işə başlayacağıq”.

APA.az

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button