2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Məmməd İbrahimə yenidən cinayət işi açıldı

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müşaviri, siyasi məhbus Məmməd İbrahim haqqında Yasamal rayon məhkəməsi 317.2.1(CÇM-də qeyri qanuni əşyaların daşınması) maddəsi ilə 2 aylıq həbs qəti imkan tədbiri seçib.

24saat.org xəbər verir ki, bu haqqda məlumatı Məmməd İbrahimin oğlu Turan İbrahim yayıb.

Qeyd edək ki, iki gün əvvəl Məmməd İbrahimin yastığının altından bıçaq tapıldığı iddia olunaraq “karsa” salınmışdı. Dünən Turan İbrahim dünən 16 saylı Cəzaçəkmə Müəssisəsinin rəisi Şahin Həsənovla görüşmüşdü. Cəzaçəkmə Müəssisəsinin rəisi Şahin Həsənov ona, heç bir problem olmadığını və Məmməd İbrahimin bu gün azadlığa buraxılacağını demişdi. Bu gün isə məlum olub ki, ona yeni iiham irəli sürülüb. Bu itiham üzrə onu 2 il 6 ayadək həbs gözləyir.

Məmməd İbrahim hal-hazırda Kürdəxanıda Bakı istintaq təcridxanasındadır.

Saytların yığılması Saytlarin yigilmasi

Məsələ ilə bağlı AXCP sədri Əli Kərimli Facebook-da yazıb:

“Bu qədər saxtakarlıqmı olar? Dünən 16 saylı cəzaçəkmə müəssisəsinin rəisi Şahin Həsənov özü Məmməd İbrahimin oğlu Turan bəyi qəbul edib. Məmməd bəylə bağlı problem olmadığını, bu gün azad ediləcəyini deyib. İndi isə Məmməd bəyi qarşılamağa gedən ailəsinə və dostlarına deyirlər ki, onu yenidən lənətə gəlmiş Kürdәxanı istintaq təcridxanasına göndəriblər. Bәlli olur ki, artıq Yasamal rayon mәhkәmәsindә Mәmmәd bәy barәsindә 2 aylıq hәbs-qәtimkan tәdbiri seçilib.
Nədir bu adamların dərdi? Nifrətmi, qorxumu, kinmi, qisas hissimi, yoxsa hamısı bir yerdə? Şübhə etməyin, bu nifrət də, kin də, bumeranq kimi özlərini vuracaq.
Məmməd İbrahimə azadlıq tələb edirik!”

Məmməd İbrahim Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsi (xuliqanlıq ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə törədildikdə) ilə 2015-ci ilin 30 sentyabrında saxlanılıb.

Məmməd İbrahim 15 mart 2016-cı il tarixdə Nərimanov Rayon Məhkəməsinin hakimi Turqay Hüseynovun hökmü ilə 3 il müddətinə azadlıqdan məhrub edilib. Bakı Apelyasiya Məhkəməsi (sədrlik edən hakim Əflatun Qasımov) isə 13 may 2016-cı il tarixdə bu hökmü qüvvədə saxlayıb.

24saat.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button