2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Məmməd İbrahim bıçaq ittihamı barədə danışdı

“Bıçağı çıxaranda deyiblər ki, bağışla, utanırıq, amma məcburuq, sifariş “yuxarı”dan gəlib””

“Bıçağı yatağıma özləri qoymuşdular, özləri də götürdülər…”, – AXCP Rəyasət Heyətinin üzvü, həbsdən çıxmasına iki gün qalmış yatağında bıçaq gizlətmək ittihamıyla haqqında yeni cinayət işi başlanan Məmməd İbrahim vəkilinə və ailə üzvlərinə belə deyib.

O, oktyabrın 2-də istintaq təcridxanasında vəkili ilə görüşüb, ailə üzvlərinə zəng edib.

M.İbrahimin oğlu Turan İbrahim Meydan TV-yə bildirib ki, atası həbsinin uzadılmasına səbəb olan bıçağın ona heç bir aiddiyyəti olmadığını deyib: “Deyir, namazdan çıxıb yeməyə gedəndə çağırdılar, getdim. Dedilər ki, axtarış aparılır. Qoyduqları bıçağı çıxartdılar. O bıçağın mənə aidiyyəti yoxdur”.

Saytların yığılması Saytlarin yigilmasi

T.İbrahimin sözlərinə görə, telefon danışığı zamanı atası deyib ki, onun həbsdən çıxmasının qarşısını almaq üçün hazırlanmış təxribatın sifarişi cəzaçəkmə müəssisəsindəkilərdən gəlməyib: “Deyir, türmə səviyyəsində deyil məsələ. Bıçağı çıxaranda deyiblər ki, bağışla, utanırıq, amma məcburuq, sifariş “yuxarı”dan gəlib”.

M.İbrahim 2015-ci il sentyabrın 29-dan həbsdədir. O, üç nəfəri döyməkdə ittiham olunaraq, Cinayət Məcəlləsinin 221.2.2 (iki və daha çox şəxsə xəsarət yetirməklə xuliqanlıq) maddəsi ilə 3 il azadlıqdan məhrum edilib. Bu cəzanın başa çatmasına iki gün qalmış barəsində Cinayət Məcəlləsinin 317-2.1 (həbs yerində şəxs tərəfindən qadağan olunmuş əşyaların hazırlanması, saxlanması və s.) maddəsi ilə yenidən cinayət işi başlanıb. Haqqında yenidən iki ay müddətinə həbs-qətimkan tədbiri seçilən M.İbrahim Bakı istintaq təcridxanasında saxlanılır.

Cinayət Məcəlləsinin 317-1.2 maddəsində 6 aya qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button