2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

Məmmədyarov ermənilərə bizim nə istədiyimizi anlada bilmir

Belə getsə, dünyada məmurlarına ən çox lətifə qoşulan xalqlar sırasında yer alacağıq. Bu yazıq xalq neyləsin ki, onun prezidenti kürsüdən opponentlərinə söyüş söyür, deputatı parlamentdə ağzına gələni danışır, naziri ümumiyyətlə, nə danışdığını bilmir. Xalq bunları məsxərəyə qoymasın, neyləsin axı? Qadağa qoymaqla deyil, texnologiya insanlara sosial şəbəkələr kimi azad tribuna verib. Heç bir lağlağı fiqur onlardan canını qurtara bilməz. Gəl də, 15 il Xarici işlər naziri işləyib, ana dilində danışa bilməyən naziri tənqid eləmə! Gəl də, onun hətərən-pətərən sözlərini, baş-ayaq cümlələrini, qarışıq saldığı hərflər üzündən insanları qəhqəhəyə boğan ifadələrini lağa qoyma! 15 il bir igidin ömrüdür, cənablar, bu müddətdə ana dilini öyrənə bilməyən naziri lağa da qoyarlar, canını da alarlar. Elmar müəllim isə and içib ki, “mükəmməl” ana dilinə düzəliş etməyə heç bir ehtiyac yoxdur. 15 ildir adam öz dilində nəsə danışıb durur və onu heç kim başa düşmür. Özü də bununla bağlı sual verən jurnalistə bir cümlə ilə belə cavab verir ki, “məni anlamaq istəyən nə dediyimi çox yaxşı başa düşür, anlamaq istəməyənlərə gəldikdə isə, babalı onların boynuna.” Nazirin keçən il İstanbulda etdiyi rüsvayçı çıxışı da uzun müddət sosial şəbəkələrin tənqid hədəfi olmuşdu. Şəbəkə istifadəçilərindən biri ironiya ilə belə yazmışdı: “Dağlıq Qarabağ probleminin bu qədər uzanmasının səbəbi aydın oldu- Məmmədyarov 15 ildir ermənilərə bizim nə istədiyimizi anlada bilmir.”

Saytların yığılması Saytlarin yigilmasi

Xarici İşlər nazirinin danışıq xətaları bir ara MM üzvlərini də dilə gətirmişdi. Akademik Nizami Cəfərov bildirmişdi ki, Məmmədyarovun danışığında çoxlu qüsurlar var, amma o, xarici dilləri mükəmməl öyrənə bilibsə, Azərbaycan dilində danışmağı da öyrənə bilər. “Elmar Məmmədyarovun Azərbaycan dilində danışığında qüsurlar çox olsa da, o, peşəkar diplomatdır. Bu adam həm xarici işlər naziri kimi, həm də diplomat kimi peşəkardır. Elmar müəllimin rus və ingiliscəsi də çox mükəmməldir. Yaxşı olar ki, dilimizi də öyrənsin. O, alim ailəsindən çıxıb, atası Azərbaycan dilini çox yaxşı bilir. Amma istənilən halda Elmar Məmmədyarov da danışıq vərdişlərini təkmilləşdirə bilər. Bunun üçün də ona heç kimin köməyi və ya müəllim lazım deyil. Elmar Məmmədyarov istəsə, Azərbaycan dilində yaxşı danışmağı da öyrənə bilər”. Nazirin dil qüsurlarına eyni iradı deputat Fəzail Ağamalı da bildirmişdi: “Düzü, Elmar Məmmədyarovun çıxışına qulaq asdım, amma heç nə başa düşə bilmədim. Hər hansı nazirin öz dilində danışa bilməməsi yaxşı hal deyil. Bütün nazirlər, dövlət məmurları Azərbaycan dilində danışmağa və dilini mükəmməl şəkildə bilməyə borcludur”. Məmmədyarovun peşəkar diplomat, yaxşı insan, korrupsiyaya bulaşmayan nazir olması ilə işimiz yox. Lap Nyu-Yorkda oğlanlarına məxsus 2 milyon dollarlıq mənzillərin dostları tərəfindən bağışlanması məsələsinə də inanaq. Amma nazirin peşəkarlığı illərdir Qarabağ danışıqlarının da bir nəticə vermir. Yəni illərdir ortada mənasız söz oyunu gedir. Bizim nazir də sözlərlə düzgün oynamağı heç bacarmır. Heç olmasa, bir söz lüğəti tərtib edib satışa buraxsın ki, biz də arada faydalanaq. O bizim dilimizi öyrənmədisə, biz onun dilini öyrənək, başqa çarə yox.

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button