2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
DünyaSiyasət

Məmmədyarov hiddətlənib, özü də Rusiya səfiri ilə görüşdən sonra

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov RİA Novosti agentliyinə müsahibəsində deyib ki, bu gün Bakıda Rusiya səfiriilə bloqqer Aleksandr Lapşinin Belarusdan ekstradisiya edilməsi məsələsini müzakirə edib.

Onun sözlərinə görə, Rusiya konsulu ya sabah, ya o biri gün Lapşini təcridxanada ziyarət edəcək. “Biz Rusiya və İsrail səfirliklərindən bu məsılə ilə bağlı notalar almışıq. Vyana konvensiyasına uyğun olaraq səfirlik saxlanılan şəxslə görüşəcək. Mən artıq Rusiya səfiri ilə görüşmüşəm, bu məsələ müzakirə olunub. Görüşmək məsələsində maneə yoxdur”-Məmmədyarov deyib.

Saytların yığılması Saytlarin yigilmasi

Nazirin sözlərinə görə, Lapşinin sonrakı taleyini istintaq müəyyən edəcək. “Ona Azərbaycan Cinayət Məcəlləsinin müəyyən maddələri ilə ittihamlar irəli sürülüb. Yekun qərarı məhkəmə çıxarmalıdır. Məni təəcübləndirən və hiddətləndirən bu məsələnin siyasiləşdirilməsidir. Həmişə onu bloqqer adlandırırlar. Bəs o mühəndis olsaydı necə, heç kim onunla maraqlanmayacaqdı?”-Məmmədyarov bildirib.

Virtualaz.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button