2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

Məmur və ailəsinin ölümünə görə ‘Azəriqaz’a 1 milyon 200 minlik cəza

2016-cı ilin oktyabrında Bakının Hökməli qəsəbəsində baş vermiş partlayış nəticəsində dörd nəfərlik ailənin yalnız bir üzvü sağ qaldı – 12-yaşlı Leyla Qurbanlı. Xeyli vaxtdır ki, o, qanuni nümayəndəsi vasitəsiylə məhkəmədə «Azəriqaz» rəhbərliyi ilə çəkişir. Valideynləri və azyaşlı bacısının ölümünə, yaşadıqları evin dağılmasına və özünün müalicəsinə sərf olunmuş xərclərə görə kompensasiya tələb edir.

Bu faciə «Azəravtoyol» ASC-nin Aparat rəhbəri, 44 yaşlı Müşfiq Qurbanovun ailəsində yaşanıb. Səhərə yaxın, saat 5 radələrində baş vermiş partlayışda M.Qurbanovun 3-yaşlı qızı Banıçiçək elə evdə dünyasını dəyişib. Mərhum Aparat rəhbərinin özünü, 44 yaşlı həyat yoldaşı Şəbruz Novruzovanı və o biri qızı Leylanı isə Respublika Yanıq Mərkəzinə çatdırıblar. Amma onlardan yalnız Leylanın həyatını xilas etmək mümkün olub.

Ş.Novruzova cərrah olub, həm də Tibb Universitetinin Cərrahi xəstəliklər kafedrasında çalışırmış.

Saytların yığılması Saytlarin yigilmasi

Üç il həbs…
Bu hadisədən sonra CM-nin 314.2-ci (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olan səhlənkarlıq) maddəsi ilə cinayət işi başlanıb. «Azəriqaz»ın Bakı Regional Qaz İstismar Departamentinin Abşeron rayon Texniki İstismar xidmətinin baş mühəndisi Pənah Nəzərov cinayət məsuliyyətinə cəlb olunub. O, 2015-ci ildə tərtib etdiyi texniki baxış qrafikində və digər sənədlərdə sızma olan qaz kəmərinə baxış, təmir işləri ilə bağlı tədbirlər görməməkdə günahlandırılıb.

Dəm qazı faciələri: ‘Qaza havanı çox vururlar…’

48 yaşlı Nəzərov özünü təqsirli bilməsə də, məhkəmə fərqli nəticəyə gəlib. O, Abşeron Rayon Məhkəməsinin hökmü ilə 3 il azadlıqdan məhrum edilib. Qanuna görə, ehtiyatsızlıqdan törədilən cinayətlərdə cəza 5 ilə qədər olanda məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkilir. P.Nəzərova da eyni cəza rejimi verilib.

Zərərçəkmiş qismində 12-yaşlı L.Qurbanlı tanınıb. O, yetkinlik yaşına çatmadığından məhkəmədə qanuni nümayəndəsi ilə iştirak edib. Qanuni nümayəndə isə xalası Gülnar Novruzova olub. Novruzova məhkəmədə həm də «Azəriqaz»a qarşı 1 milyon 229 min manatlıq mülki iddia qaldırıb. Bu məbləğin 729 min manatı ikimərtəbəli evin içindəki əşyalarla birlikdə məhv olması, Leylanın müalicəsinə görə hesablanmış maddi ziyan, 500 mini isə bacısının və onun ailə üzvlərinin ölümünə görə mənəvi ziyanın əvəzi kimi istənilib.

Məhkəmə mülki iddianı da təmin edib, «Azəriqaz» İB-nin üzərinə tələb olunan məbləği zərərçəkmiş tərəfə ödəmək öhdəliyi qoyub.

«Azəriqaz» narazıdır
Abşeron Rayon Məhkəməsinin hökmü «Azəriqaz»ı da, onun işçisini də narazı salıb. 1 milyon 229 minlik ödəmə öhdəliyinə etiraz edən «Azəriqaz» da, özünü təqsirsiz bilib bəraət istəyən işçisi P.Nəzərov da apellyasiya şikayəti verib. Bu dəfə işə Sumqayıt Apellyasiya Məhkəməsində baxılıb.

«Azəriqaz»ın nümayəndəsi Əlibaba Rzayev hesab edir ki, hökmün mülki iddianın təmin olunması hissəsi ləğv edilməlidir. Onun sözlərinə görə, hadisə baş verən ev və içindəki əşyaların dəyəri ilə bağlı keçirilmiş tikinti-texniki, məhkəmə-əmtəəşünaslıq ekspertizalarının rəylərində qiymətlər şişirdilib, rəqəmlər yalnız qarşı tərəfin söylədikləri əsasında hesablanıb.

Vəkil məhkəməni həm də «Azəriqaz»ın maliyyə durumunu nəzərə almamaqda qınayıb. Ə.Rzayev bildirib ki, «Azəriqaz» dövlət büdcəsindən maliyyələşən müəssisədir, məhkəmənin müəyyənləşdirdiyi məbləğin ödənilməsi bu qurumun normal fəaliyyətinə çox pis təsir göstərəcək: «Mənəvi zərərin əvəzinin 500 min manat müəyyənləşdirilməsi də ağlabatan deyil».

Zərərçəkmiş tərəf də apellyasiya şikayəti verib. G.Novruzova şikayətində mənəvi ziyana görə təzminatın 500 min yox, 1 milyon müəyyənləşdirilməsini, həmçinin P.Nəzərovla yanaşı, «Azəriqaz»ın digər vəzifəli şəxslərinin də cinayət məsuliyyətinə cəlb olunması üçün xüsusi qərar çıxarılmasını istəyib.

Sumqayıt Apellyasiya Məhkəməsi tərəflərdən heç birinin şikayətini təmin etməyib, birinci instansiya məhkəməsinin hökmü qüvvədə qalıb.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button