2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
İqtisadiyyat

Məmurlar ofşorlardakı vəsaitləri niyə Azərbaycana gətirmir?

Ekspertlərə görə, bu vəsaitlər ölkəyə qaytarılması üçün çıxarılmayıb

Böyük Britaniyanın “Taxe Custice Network” təşkilatının hesabatına görə, 1993-2010-cu illərdə Azərbaycandan ofşor zonalara 48 milyard dollar pul ötürülüb. Ümumiyyətlə, Azərbaycanda dövlət investisiyalarında da iştirak edən şirkətlərin ofşor zonlaralda qeydiyyatdan keçməsi halları tez-tez müşahidə edilir. Əslində onlar Azərbaycan məmurlarına məxsus “xarici” şirkətlərdir. Dövlət vəsaitləri bu yolla xaricə çıxarılaraq, müəyyən kapitala çevrilir.

Hazırda Azərbaycanın üzləşdiyi maliyyə böhranı şəraitində iri maliyyə vəsaitlərinə böyük ehtiyac var. Amma Azərbaycanın kredit reytinqinin aşağı düşməsi ölkəyə aşağı faizlərlə kredit cəlb olunmasını mümkünsüz edir. Ona görə Azərbaycan hakimiyyətinin kredit axtarışları bir nəticə vermir. Belə olan halda Azərbaycandan ofşorlara çıxarılan vəsaitin bir qismi ölkəyə qaytarıla və iqtisadi problemləri həll etmək üçün istifadə oluna bilərmi?

Saytların yığılması Saytlarin yigilmasi

Iqtisadçı Nemət Əliyev bildirdi ki, böhrandan çıxmaq üçün bir qayda olaraq hökumətlər maliyyə institutlarına vəsait üçün müraciət edirlər. Bu işə yaramadıqda isə hökumət ölkənin iri müəssisələrini satışa çıxararaq maliyyə cəlb etməyə çalışır. N.Əliyevin sözlərinə görə, belə bir vəziyyətin yaranması ölkə üçün arzuolunan hal deyil. Çünki hökumət daxildəki müəssisələri xarici investorlara satmağa çalışır.

Yaranmış vəziyyətdə ofşorlardakı vəsaitlərin nəyə görə cəlb edilmədiyinə gəlincə isə, N.Əliyev hesab edir ki, bu vəsaitlər ölkədən çıxarılmaq üçün ofşorlara daşınıb: “Azərbaycanın iri oliqarxları bu vəsaitləri ofşorlara ona görə daşımayıblar ki, onları nə vaxtsa ölkəyə geri qaytarsınlar. Bu vəsaitlər ona görə xaricə daşınıb ki, oliqarxlar öz maraqlarını təmin etsinlər. Düşünürəm ki, həmin ofşorlardakı maliyyələr üzrə araşdırma aparılsa, güman ki, məlum olacaq ki, bu vəsaitlər barədə məlumatlar ictimailləşdiriləndən sonra həmin maliyyənin izi-tozu itirilib. Çünki bu vəsaitlər qeyri-qanuni yollarla ölkədən çıxarılıb. Bu vəsaitlər barədə məlumatların açıqlanması normal ölkələrdə ciddi araşdırmaya səbəb ola bilərdi”.

N.Əliyevin fikrincə, siyasi hakimiyyətdə olanların məqsədləri ümummilli maraqlara xidmət etmək olmadığından bu vəsaitlər ölkəyə qaytarıla bilməz. Amma həmin vəsaitləri ölkəyə gətirmək mümkün olsaydı, tədiyyə balansında gözlənilən kəsirləri qarşılamaq mümkün olardı. Və ya xarici maliyyə təşkilatlarında axtarılan borc vəsaitləri məhz bu maliyyə hesabına qarşılanardı.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button