2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Məmurlar prezidentin hədə-qorxusundan niyə çəkinmir?

Namizəd Səfərov: “Hələ görməmişəm ki, kimsə bir çağırışla zəbt etdiyi torpağı dövlətə qaytarsın”

Prezident İlham Əliyev zaman-zaman ölkə məmularına yönəlik təhdid və xəbərdarlıqlar səsləndirsə də, bu xəbərdarlıqların heç biri hələ ki, nəticə vermiş deyil. Son kəs Qubada torpaqların qanunsuz zəbt edilməsi ilə bağlı məmurlara səslənən prezidentin çıxışından sonra da, hər hansı bir dəyişikliyin baş verməsi müşahidə olunmuş deyil.

Saytların yığılması Saytlarin yigilmasi

Maraqlıdır, Azərbaycanda məmurlar prezidentin sözünü niyə eşitmir?

24saat.org-a açıqlama verən tanınmış hüquqşünas Namizəd Səfərov bunun bir sıra səbəbləri olduğunu vurğuladı:

“Son 20 ildə torpaqlaırn, dəniz sahillərinin zəbt olunması prosesinin hər kəsin gözü önündə baş verməsinə baxmayaraq, bununla bağlı heç bir ölçü götürülməyib. Qanunsuz zəbtlər baş alıb gedib. Yüz və min hektarlarla torpaqları ələ keçirən şəxslərin kimliyi hər kəsə bəllidir. Prezidentin ad çəkmədən ümumi şəkildə məmurlara müraciət etməsi, zənnimcə heç bir effekt verə bilməz. Prezident yerli icra orqanlarına göstəri versə, bu torpaqlaırn kimlər tərəfindən zəbt edildiyini və ya qanuni yolla ələ keçirildiyini müəyyənləşdirmək olar. Mən hələ bu vaxta qədər görməmişəm ki, torpaları zəbt etmiş hər hansı bir məmur, səlahiyyət sahibi prezidentin çağırışı ilə zəbt etdiyi torpaqdan imtina etsin və bu torpaqları dövlətə qaytarsın.

Işin digər bir özəlliyi də odur ki, fərman verən şəxslər özləri bu hərəkəti törətməsələr yerlərdəki məmurlar bu cür əməllər törədə bilməzlər. Ən çox torpaq zəbt edən şəxslər nazirlər, yüksək dövlət məmurlarıdır. Məncə ölkə başçısı bunları bilir və istəsə onlara qarşı effektiv tədbirlər görə bilər. Bunu etmək üçün hansısa fərman vermək və ya çıxış etməyə də əslində ehtiyac yoxdur”.

 

Seymur Əliyev

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button