2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Manşet

“Məmurlar sahib olduqları milyonları bizneslərinin ayağına yazırlar”

 

Mehman Əliyev: “Halbuki, onların bizneslə məşğul olmağa ixtiyarları yoxdur”

“Turan” İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev 24saat.org-a açıqlamasında məmurların sahib olduğu fantastik sərvət və bu sərvətin mənbəyi ilə bağlı maraqlı fikirlər səsləndirib:

Saytların yığılması Saytlarin yigilmasi

“Məmurların hamısı sahib olduqları pulların mənbəyinin biznes olduğunu bildirir. Hamısı deyir ki, mənim  biznesim var. Axı bu necə ola bilər? Axı sən yüksək vəzifədə təmsil olunan  bir şəxssən. Sənin biznesin ola bilməz axı, olmamalıdır. Sənin ailən, qohumların, yaxınların dövlət tenderlərində iştirak edə, dövlətdən vəsait ala bilməz. Onlar dövlət büdcəsinə məxsus pullardan istifadə etməməlidir. Bizdə isə məmurlar büdcəyə öz cibləri kimi baxırlar.

Beynəlxalq Bankla baş verənlər də bunu göstərdi. Göstərdi ki, kim nə qədər istəyirmiş götürürmüş. Bir zənglə, bir tapşırıqla müəyyən adamlar istədikləri məbləği ala bilirmişlər. Azərbaycanda bu şərtlərlə korrupsiyaya qarşı mübarizə mümkün deyil. Mübarizə o halda mümkün ola bilər ki, ən yuxarıdan tutmuş ən aşağı səviyyədə dayanan insana qədər hər kəs hər şeydən imtina edir, kimsə kimsədən nə isə almır. Yalnız bu, zaman korrupsiyaya qarşı mübarizə aparmaq mümkündür.

Seymur Əliyev

24saat.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button