2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ManşetSEÇMƏSiyasət

“Məmurlardan öncə millət vəkillərinin özlərini ixtisara salmaq lazımdır”

 

Mehman Əliyevdən millət vəkillərinə istefa çağırışı

Ölkədə davam edən iqtisadi böhran və qiymət artımı fonunda vəziyyətdən çıxış yolları ilə bağlı müxtəlif təkliflər səslənməkdədir. Millət vəkilləri tərəfindən səslənən təkliflərdən biri də məmur kontingentinin bir qisminin ixtisar edilməsi ilə bağlıdır.

Saytların yığılması Saytlarin yigilmasi

Maraqlıdır, sadəcə məmur kontingentində müəyyən ixtisarlar aparmaqla vəziyyətdən çıxmaq, dövlət büdcəsini doldurmaq mümkündürmü?

24saat.org-a açıqlama verən “Turan” İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev öncə millət vəkillərinin özlərinin istefa verməsi gərəkdiyini vurğuladı:

“Zənnimcə, ilk növbədə millət vəkillərinin özlərini ixtisara salmaq lazımdır. Çünki hər nə baş veribsə, onların gözlərinin qabağında baş verib. Amma Milli Məclis bir dəfə belə olsun yığışıb böhran vəziyyətini müzakirə etməyib. Milli Məclis vəziyyətdən çıxmaq üçün təkliflər verməyib və özünü kənara çəkib. Bu azmış kimi millət vəkillərinin maaşlarının artırılması söhbəti ortalığa atılır.

Millət vəkilləri nəsə etmək istəyirsə, birinci növbədə özlərindən başlamalıdırlar. Ölkənin gəlib bu vəziyyətə çatmasında onların da payı var. Onlar hökumətə nəzarət etmir, etmək istəmirlər.

Nəticədə, onların ucbatından bu gün ölkədə böhran yaranıb. Buna görə də onlar ilk növbədə özlərini ixtisara salmalı, istefaya getməlidirlər”.

Seymur Əliyev

24saat.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button