2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

“Mənə nə…” deyənlərin aqibəti…

Səadət Cahangir

Bu təmsili çoxdan oxumuşam, təəssüf ki, müəllifini xatırlamıram. Bir onu bilirəm ki, günümüzlə tam səsləşir və başımıza gələnlərdə öz vecsizliyimizin necə böyük payı olduğunu açıq şəkildə oraya qoyur. Demək, bir gün yemək üçün evi dolaşan siçan mətbəxdə ev sahibinin bir paket açdığını görür. Yemək olduğunu düşündüyü halda, paketin içindən bir siçan tələsi çıxdığını görüb, təlaşla bağçaya qaçır. Bütün günü “evdə siçan tələsi var” deyə qışqırıb toyuğu, qoyunu, inəyi xəbərdar edir. Hamısından “zavallı siçan, bu sənin problemindir, bizə nə o tələdən?” cavabını alır. Tələ təhlükəsindən günlərlə ac qalan siçan bir gecə hay-küyə oyanır. Divar deşiyindən baxanda, tələdə bir ilanın çırpındığını görür. Ev sahibinin arvadı qaranlıqda tələyə nə düşdüyünü öyrənmək üçün əlini uzadanda qəzəblənmiş ilan onu sancır. Kəndli arvadını tələsik həkimə aparır. Həkim zəhəri təmizləyir, onları evə göndərir. Sabah qadının hərarəti yüksəlir, kəndli toyuğu kəsib ona şorba bişirir. Sonra qohum-qonşular xəstəyə baş çəkməyə gəlir və ev sahibi məcbur qalıb qoyunu kəsir. Amma zəhər qana işlədiyindən, bir neçə gün sonra qadın ölür. Yasa gələn qonaqlara ehsan vermək üçün kişi inəyi də kəsməli olur. Bütün olanları divardakı deşikdən izləyən siçan kədərlə “axı mən tələnin hamımıza təhlükə olduğunu xəbərdar etmişdim” deyir…

Saytların yığılması Saytlarin yigilmasi

Əgər hələ də ölkənin yuvarlanıb düşdüyü bu girdabın kökündə “mənə nə” biganəliyinin durduğunu anlamamışıqsa, vay halımıza! Əgər hələ də məmləkətin dizini yerə gətirən bunca talanın, soyğunun, oğurluğun, kriminallaşmanın tüğyan etməsində günah payımızın xəcalətini hiss etmiriksə, işimiz Allaha qalıb! Əgər 23 illik hakimiyyət tiranlığından sonra belə, bu adamlar ömürlərini uzatmaq üçün ölkə konstitusiyasını dəyişməyə cəsarət tapırlarsa, yazıqlar olsun bizə! Biz necə oldu da, bu qədər kiçildik, əyildik, cırlaşdıq belə? Necə oldu da, təhkimçiliyə rahatlıqla boyun əyib, bütün azadlıqlarımızı bu istismarçılara qurban verdik? Necə oldu da, 100 il əvvəl yoxdan bir bayraq qaldırmış, modern bir dövlət qurmuş əcdadlarımıza dönük çıxıb, kommunistlərdən qalma bir qrup tör-töküntünün zorakılığına təslim olduq? Necə oldu ki, övladlarımızın yüz illik təminatlı yaşam haqqını etirazsız-filansız bu soyğunçulara bağışladıq getdi. Bu qədər təhqir olunmağı, alçaldılmağı, aşağılanmağı necə rəva gördünüz özünüzə? Bu gözəl ölkəni bir qrup acgözün necə soyduğunu görəndə, vicdanınız heç ağrımırmı, yəni? Yazıq deyildimi bu ölkəyə, elə özünüzə də?..

On illərdir “mənə nə” deyə-deyə gəlib çıxdığımız yer bəlli. Ölkə iqtisadi böhranın dərin qatlarına doğru əyilir. Dolların manatı ikiyə qatlamasına da çox az qalır. Bir az əvvəl “bu ölkəni talamayın” deyə qışqıranları tutub həbsxanaya atanda susanları da, artıq işsizlik evə həbs etməyə başlayıb. Dərin iqtisadi tənəzzüllərin ən bariz göstəricisi olan çörək bahalaşması da baş verdi. Yaxın zamanda qiyməti bahalanmayacaq nəyinsə qalacağına heç ümid etməyin. Artıq qarşıdakı ayda nəqliyyat gediş haqlarının artırılacağı xəbəri də dövriyyəyə buraxılıb. Işığın və suyun qiymətinə əl gəzdirildiyi halda, qaza sıra gəlməyəcəyini də xəyal etməyin. Sıra hər şeyə və hər kəsə gələcək. Zamanında siçanın xəbərdarlığına “mənə nə…” qarşılığı verən toyuq və inəyin misalında olduğu kimi. Belə acı aqibəti kimsəyə arzulamazdım, amma nə etmək, özü yıxılan ağlamaz…

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button