2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Manşet

Mənasız adam – Nemət Pənahlı yenə qapı axtarır

Milli azadlıq hərəkatının fəallarından olan Nemət Pənahlı “Kanal 13”-ə geniş müsahibə verib.

O, müsahibədə hərəkatın liderləri, xüsusilə də o zaman yaradılan Azərbaycan Xalq Cəbhəsinin sədri, eks-prezident Əbülfəz Elçibəyin ünvanına sərt və əsassız ittihamlar səsləndirib. Nemət Pənahlının sözlərinə görə, o, AXC-nin İdarə Heyətində satqınların olduğunu, onların qovulmasını tələb etsə də, Əüblfəz Elçibəy onun mövqeyini bölüşməyib. “Azadlıq aşiqi” bildirib ki, Əbülfəz Elçibəy o zaman Ali Sovetin sədri olan Elmira Qafarova ilə bəzi hallarda Mərkəzi Komitənin rəhbəri Əbdürrəhman Vəzirovla eyni mövqedən çıxış etməkdə suçlayıb. Nemət Pənahlı hətta Əbülfəz Elçibəyin özünə onun “KQB” agenti olduğunu dediyini iddia edib. Onun sözlərindən belə anlaşılıb ki, Əbülfəz Elçibəy bu iddiaya qeyri-müəyyən cavab verib.
Nemət Pənahlı bu tip iddiaları zaman-zaman səsləndirib. Lakin onun ittihamları ictimaiyyət tərəfindən qeyri-ciddi qarşılanıb. Çünki Nemət heç bir halda ciddiyə alınacaq mıxluq deyil və bunu hamı bilir.

Bəzi hallarda isə Nemət Pənahlının özünün o zamanki hökumətlə əməkdaşlıq etməsi iddiası irəli sürülüb.
Nemət Pənahlı milli azadlıq hərəkatı barədə danışarkən yalnız özünün rolunu qabartmaqla özünü az qala müstəqilliyin banisi təqdim etməyə çalışır. Əslində isə onun avaturist adddımlarının hərəkata az zərbə vurmadığını bilməyən yoxdur.

Saytların yığılması Saytlarin yigilmasi

Nemət Pənahlı hesab edir ki, uydurduğu nağıllarla yenidən o zaman müvəqqəti olan başgicəlləndirici şöhrətini yenidən qaytara biləcək.

Bəli Nemət Pənahlı hərəkatın ilk aylarında kifayət qədər şöhrət qazanıb. Sadə xalq kütləsinə sıravi fəhlə kimi təqdim edilən Nemət Pənahlının alovlu çıxışları mitinqlərə gələn insanlarda ona rəğbət yaranır. Lakin insanlar bilmirdi ki, Nemət Pənahlı sıravi fəhlə deyil, hərəkatın içində idarəolunan fiqurdur. Onun çıxışlarını kimlərin harada hazırladığı barədə dəfələrlə deyilib. Amma Nemət Pənahlının sözlərindən belə çıxır ki, AXC-də ondan başqa hamı satqın olub.
Bəlkə də Nemət Pənahlı bu ittihamları ilə həm də AXC hakimiyyətinin devrilməsində oynadığı rola haqq qazandırmaq istəyir. Nemət Pənahlının mərhum Heydər Əliyevin hakimiyyət mübarizəsində ona dəstək verdiyi təzə xəbər deyil. Sonradan Heydər Əliyevin əleyhinə verdiyi müsahibə də yaddaşlardan silinməyib.

Yəni, görünın budur ki, Nemətin yenidən üzünə bağlanmış qapılara işi düşüb!
24saat.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button