2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

“Məni döyüb deyirdilər ki, Nardaranda silah olması barədə ifadə ver”

Məni döyüb deyirdilər ki, Nardaranda silah-sursat olması barədə ifadə ver. Mən də imtina etdim. Sonra dedilər “aparın bunu, ifadəsini özümüz yazıb imzalayarıq”, – Nardaran sakini Mövsüm Beydullayevin sözləridir.

O, mayın 22-də Bakı Ağır Cinayətlər Məhkəməsində “Nardaran işi-3” üzrə şahid kimi ifadə verib. Nardaran hadisələrindən sonra həbs edilən və ağır maddələrlə mühakimə olunan üçüncü qrupun tərkibində ilahiyyatçı Zülfüqar Mikayılov və daha 11 nəfər var.

Saytların yığılması Saytlarin yigilmasi

Mayın 22-də məhkəmədə iki şahid dindirilib – Əli Nurməmmədov və Mövsüm Beydullayev. Hər ikisi də istintaqdakı ifadələrdən imtina ediblər, deyiblər ki, Müsəlman Birliyi Hərəkatının sədri Taleh Bağırovun və digər həbs olunanların çevriliş hazırlaması, silahlanması haqda yazılanlar onların fikri deyil. Həmin ifadələri Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində özləri yazıblar.

ŞAHİD FİKİRLƏRİNİ TƏSDİQLƏMİR

Əli Nurməmmədov deyir ki, ilahiyyatçı Taleh Bağırovu məclislərdən tanıyıb. Bir müddət “İslam həqiqətləri” adlı qəzetdə dizayner işləyib. Dediyinə görə, Taleh Bağırovun niyə Nardaranda qaldığını da bilməyib.

Amma istintaqdakı ifadəsində yazılıb ki, “Taleh Bağırzadə hakimiyyətə qarşı çıxmağa, dini dövlət qurmağa dair çağırışlar edib; “Taleh Bağırzadənin müraciəti” adlı kitabça olub və onu oxuyandan sonra cırıb tullayıb, çünki oradakı fikirlərlə razılaşmayıb”.

Prokuror bu ifadəni xatırladanda Nurməmmədov deyib ki, o fikirləri təsdiqləmir. Əli Nurməmmədov söyləyib ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində ifadə verməmişdən öncə polislər onu saxlayıb. Onu evlərindən tutub apardıqlarını deyən şahidin sözlərinə görə, az sonra polisə müqavimət ittihamıyla məhkəməyə çıxarılıb. Ona 30 sutka inzibati həbs cəzası verilib: “Halbuki, polisə müqavimət-filan olmamışdı. Məni evdən aparmışdılar. Mən həbsdən çıxandan sonra çağırıb ifadəmi aldılar. Həmin vaxt elə vəziyyətdə idim ki, adım da yadımdan çıxmışdı. Mən heç vaxt polis, məhkəmə görməmişəm. Bilmirdim ifadəni necə verərlər, oxuyub, sonra imzalamaq lazımdır”.

“RADİKAL” SÖZÜNÜ İZAH EDƏ BİLMƏYİB

Digər şahid Mövsüm Beydullayev istintaq zamanı təzyiqlə üzləşdiyini bildirib: “Məni döyüb deyirdilər ki, Nardaranda silah-sursat olması barədə ifadə ver. Mən də imtina etdim. Sonra dedilər “aparın bunu, ifadəsini özümüz yazıb imzalayarıq. Şəxsiyyət vəsiqəmdəki imzaya baxıb, oxşadıb çəkdilər. Taleh Bağırzadəni mən internet vasitəsi ilə tanımışam, şəxsi tanışlığım olmayıb. Əbülfəz Bünyadovun evində bir dəfə olmuşam. Həmin vaxt da Taleh Bağırzadə orada yox idi. Onun hakimiyyət əleyhinə çıxışlarını eşitməmişəm. Dedim bizim kənddə silah olmayıb. Bizim silahımız təkbirdir”.

Mövsüm Beydullayevin istintaqa ifadəsində Taleh Bağırovun radikal çıxışlar etməsindən bəhs olunur. Amma Beydullayev vəkillərin suallarını cavablayanda heç “radikal” sözünün mənasını izah edə bilməyib.

“Nardaran işi-3” məhkəməsi iyunun 5-də davam edəcək. (azadliq.org)

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button