2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Manşet

“Məni öldürəcəklər, çünki yaşamağım çoxlarına sərf etmir”

Ülviyyə Abdalova: “Ya silah, ya narkotik alverçisi kimi həbs olunmaq ehtimalım yüksəkdir”

“Evimdən zenit-raket qurğusu və ya nüvə başlığı çıxarmaqları da mümkündür”

Saytların yığılması Saytlarin yigilmasi

 

Bakı şəhər sakini, son günlər sabiq MTN generalı Mövlan Şxəliyevlə bağlı şikayəti ilə gündəmə gələn Ülviyyə Abdalova 24saat.org-a açıqlamasında həyatı üçün aşkar təhlükə olduğunu bildirib. Ü.Abdalovanın sözlərinə görə, son günlər bəzi media orqanlarında sabiq MTN rəhbərliyi və onun bəzi himayədarları ilə əlaqədar səslləndirdiyi şikayətlərdən sonra mütəmadi şəkildə təhdid edilməkdə, hədələnməkdədir:

“Sabiq MTN rəhbərliyi, konkret desəm Mövlan Şıxəliyev və onun himayədarları ilə bağlı həm dövlət, həm də media orqanlarına ünvanladığım müraciətlərdən sonra mənim və övladlarımın ünvanına aşkar təhdid və hədələrin sayı hədsiz dərəcədə artıb. Artıq elə bir vəziyyət formalaşıb ki, evimə getməyə qorxuram. Mənə açıq şəkildə bildirirlər ki, şikayətlərimdən imtina etməsəm o zaman məni ya öldürəcək, ya da narkotik və s. ittihamı ilə həbs edəcəklər. Görünən odur ki, silah və ya narkotik alverçisi kimi həbs olunmaq ehtimalım yüksəkdir. Evimdən zenit-raket qurğusu, yaxud nüvə başlığı çıxarmaqları da mümkündür. Bu səbəbdən də bəyan edirəm ki, mənim nə dünən, nə də bu gün silah, narkotik və s. kimi şeylərlə bu və ya digər dərəcədə əlaqəm olmayıb. Hər zaman öz öhdəliklərini yüksək səviyyədə yerinə yetirən bir iş adamı kimi atdığım addımlarla dövlət və dövlətçiliyimizin keşiyində durmuşam. Qarabağ əlilləri və veteranlarına, kimsəsiz uşaqlara qayğı göstərmişəm. Lakin 2006-cı ildən etibarən məndən ən müxtəlif yollarla milyonlarla manat vəsait alan bəzi vəzifə sahibləri məni susdurmaq üçün ən iyrənc üsullara əl atır. Mən ölkə başçısından, hüquq-mühafizə orqanlarının rəhbərlərindən kömək və ədalət gözləyirəm. Bu, bir Azərbaycan vətəndaşı, bir Azərbaycan qadını olaraq mənim haqqımdır və ümid edirəm ki, mən öz gözləntilərimdə yanılmayacam”.

 

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button