2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

“Mənim haqda belə informasiyaları kim yayır, Allah onları…”

Bu gün bir sıra saytlarda sabir baş nazirin müavini Abid Şərifovun vəziyyətinin pisləşməsi ilə bağlı məlumat yayılıb. Yayılan məlumatda Abid Şərifovun ürəyində problemlər yarandığı, xəstəxanaya yerləşdirildiyi bildirilirdi.

 

Yayılan xəbərlə bağlı Bizim Yol Abid Şərifovla əlaqə saxlayıb. O saytımıza açıqlamasında məlumatın yalan olduğunu, özünü yaxı hiss etdiyini bidirib.
“Bu nə məlumatdır yayılıb. Mən niyə xəstə olmalıyam. Hazırda evdəyəm. Özümü də əla hiss edirəm. Çox yüksək vəzifələrdə işləmişəm indi də cənab Prezident məsələhət bilib məni vəzifəmdən azad edib. Burda nə var. Həyatda ömür boyu heç nə yoxdur. Vəzifə əbədi deyil. Dediyim kimi özümü əla hiss edirəm. Mənim yerimə də kim təyin ediləcək, ona uğurlar arzulayıram.

“Mənim haqda da belə informasiyaları kim yayır, Allah onları hifz eləsin. Mən ömür boyu dövlətimə vijdanla xidmət eləmişəm. Bundan sonra da vətandaş kimi xidmət edəcəm. Mənə görə narahat olanlar da artıq sakitləşsinlər.”-deyə Abid Şərifov bildirib.

Saytların yığılması Saytlarin yigilmasi

Qeyd edək ki, Prezident İlham Əliyevin aprelin 21-də imzaladığı sərəncamla Abid Şərifov baş nazirin müavini vəzifəsindən azad edilib.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button