2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

“Mənim öz agentim var idi, Eldar Mahmudovun öz agenti…”

Həbsdəki MTN generalı: “Sənədlərin məhv edilməsi barədə nazir Eldar Mahmudovun və nazir müavini Hilal Əsədovun əmri var idi”

MTN-in Antiterror Mərkəzinin rəisi olmuş general Elçin Quliyev yenidən məhkəmə qarşısına çıxarılıb. Bakı Hərbi Məhkəməsinin hökmü ilə 10 il 6 ay azadlıqdan məhrum edilmiş Elçin Quliyev bu hökmdən apellyasiya şikayəti verib və fevralın 26-da Bakı Apellyasiya Məhkəməsində həmin şikayət üzrə məhkəmə baxışı keçirilib.
Gununsesi.info xəbər verir ki, Elçin Quliyev məhkəməsinin qapalı keçirilməsini istəyib. Onun vəkili Ziyad Abbaszadə bu haqda vəvəsatət qaldırıb. Bildirib ki, bu işdə dövlət sirri təşkil edən faktlar var. Onun sözlərinə görə, birinci instansiya məhkəməsi bir çox məsələləri araşdırmayıb: “Proses qapalı olarsa Elçin Quliyev bu məsələrə toxunacaq”.
Elçin Quliyev özü də məhkəməsinin qapalı keçirilməsini istəyib. Bildirib ki, işinə Bakı Hərbi Məhkəməsində baxılanda prosesin açıq keçirilməsi aəentlərlə bağlı dövlət sirrinin yayılmasına səbəb oldu.
Agenturaya və bir sıra əməliyyatlara ayrılan vəsaitin təxminən 7 milyonunun mənimsənilməsinə görə də Elçin Quliyevə ittiham verilib. Vəkil bu məsələyə də toxunub: “Pulların ayrılması ilə bağlı, həmin sənədlərin məhv edilməsi barədə nazir Eldar Mahmudovun və nazir müavini Hilal Əsədovun əmri var. Bu işlə bağlı heç bir araşdırılma aparmadan Elçin Quliyevə 7 milyon 300 min manat mənimsəmə ittiham verilib. Xahiş edirik, bu məsələ aradırılması ilə bağlı eskpertiza təyin edilsin”.
Elçin Quliyev də bu məsələyə münasibət bildirib. Deyib ki, heç kim odan hansı agentə nə qədər pul verdiyini soruşmayıb: “Pulların verilməsi ilə bağlı Maliyyə İdarəsinin xəbəri olmayıb. Çünki mənim səlahiyyətimdə olan agentimi heç kim tanımayıb. Həmin adamı burda nə sizə deyə bilərəm, nə də başqasına. Bir indiki DTX-nın rəhbər şəxslərinə adları verə bilərəm. Çünki nazirlikdə hərənin öz agenti olub. Mərhum İlqar Əliyevin öz agenti olub, nazirin və yaxud nazir müavininin öz agentləri… Hər kəs də öz agentini özü tanıyıb.
Mənə 7 milyon 300 min pul mənimsəməyə görə ittiham verilib. Hanı o pul? Mənim o boyda pulum olsaydı, indi obyektlərim, villalarım, bağlarım olardı. Amma mənim banka da borcum var…”
Elçin Quliyevin vəkili onun intihar həddinə çatdırdığı bildirilən MTN polkovniki Malik Mustafayevin ölümü ilə bağlı da vəsatət qaldırıb. Müdafiəçi bu ölüm işi üzrə düzgün araşdırma aparılmadığını bildirərək, ekspertiza keçirilməsini istəyib.
Elçin Quliyev və vəkilinin vəsatətlərinin heç biri təmin olunmayıb.
Elcin Quliyev məhkəmə qarşısına keçmiş işçisi Azər Mehdiyevlə birlikdə çıxarılıb. Onların hər ikisi hökmdən narazıdır. Hökmə əsasən, Azər Mehdiyevə 8 il cəza verilib. E.Quliyevin general, Mehdiyevin isə polkovnik rütbəsinin alınması, onların əmlaklarının müsadirəsi də hökmdə öz əksini tapıb.
Zərərçəkmişlərdən iş adamı Maqsud Mahmudov da hökmdən apellyasiya şikayəti verib. O, dəymiş ziyanla bağlı mülki iddianın təmin olunmasını, təqsirləndirilən şəxslərin cəzalarının ağırlaşdırılmasını istəyib. Maqsud Mahmudov Elçin Quliyev və Azər Mehdiyevə qarşı 200 min manatlıq mülki iddia qaldırıb.
Məhkəmə bu işdə zərərçəkmişlərin mülki iddiasını təmin etməyib.
Elçin Quliyevə qarşı DTX-nın 7 milyon manatlıq mülki iddiası təmin olunub. Müsadirə olunmuş əmlaklar hesabına həmin vəsait ödənilməlidir.
E.Quliyev və işçisinin məhkəməsi martın 15-də davam edəcək.

Saytların yığılması Saytlarin yigilmasi

azadliq.info

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button