2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

“Mənim xəbərim yoxdur” – Fazil Məmmədov yaxasını kənara çəkdi

Ötən il hüquqi şəxslərdən və sahibkarlardan daxil olan 278 şikayətdə vergi, hüquq-mühafizə, şəhər və rayon icra hakimiyyəti orqanlarının, ayrı-ayrı vəzifəli şəxslərin sahibkarların işinə maneələr yaratmasından narazılıq bildirilib və kömək istənilib.

Bu barədə Prezident Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş Şöbəsinin müdiri Süleyman İsmayılov məlumat verib.

Onun sözlərinə görə, sahibkarlar bəzi hallarda vergi orqanlarının onlara əsassız olaraq külli miqdarda borc yazmasından, buna görə fəaliyyətlərini dayandırmağa məcbur olduqlarından, Vergilər Nazirliyinin Bakı Şəhəri Lokal Gəlirlər Departamenti tərəfindən bank hesablarının bloklanmasından, qanunsuz sərəncamların tətbiq edilməsindən və digər məsələlərdən narazılıqlarını bildirdiklərini qeyd edib.

Saytların yığılması Saytlarin yigilmasi

Prezident Administrasiyasına edilən şikayətlərlə bağlı “Bizim Yol” keçmiş vergilər naziri Fazil Məmmədovdan münasibət öyrənib. Keçmiş nazir heç bir halda qanundan kənar iş görülmədiyini bildirib:

“Kim şikayət edib məndən? Bu nədir yazırsız… Heç kimin hesabı qanunsuz dondurula bilməz. Heç kimə əlavə borc yazıla bilməz. Kimə nəsə yazılıbsa, o da qanun çərçivəsində yazılıb. Kiməsə qanundan kənar nəsə yazılıbsa, bundan mənim xəbərim yoxdur. Kim edib cəzasını almalıdır”.

Xatırladaq ki, hazırki Vergilər naziri Mikayıl Cabbarov da əvvəlki rəhbərliyin fəaliyyətini tənqid etmiş, vergi ödəyicilərindən qanunsuz ödənişlər tələb olunduğunu bildirmişdi. Fazil Məmmədovun bu açıqlamasını müəyyən qədər onun M.Cabbarova da cavabı kimi qiymətləndirmək olar.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button