2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

“Mənim xətrimə örtüyü açın” – Atatürk haqqında əhvalatlar

Dünən gecə Türkiyədə baş verən hərbi çevriliş cəhdi zamanında yatırılmasına baxmayaraq, təəssüflər olsun ki, böyük Mustafa Kamal Atatürkün əsasını qoyduğu şanlı türk ordusunun imicinə zərbə vurdu.

 

Xüsusən də, əmrə tabe olan əsgərlərə edilən hörmətsizlik, tətbiq olunan cəza, onların yüksək çinli zabitlərlə bərabər həbs olunması və talelərinin bundan sonrakı qaranlıq hissələri dünənki çevriliş cəhdinin ən qaranlıq səhifələridir. Halbuki, Mustafa Kamal Atatürk bu əsgərlə Türkiyəni canavarların əlindən almış və nəhəng dövlətə çevirmişdi.

Saytların yığılması Saytlarin yigilmasi

Təəssüflər olsun ki, çevrilişə cəhd zamanı Atatürkün adından sui-istifadə halları da oldu. Amma düşünürük ki, Atatürkün təməlini qoyduğu ordu heç zaman sarsılmayacaq.

Moderator.az bu səbəbdən Atatürk haqqında bir neçə maraqlı əhvalatları təqdim edir. Bu əhvalatların hamısının qəhrəmanı Mustafa Kamal Atatürkdür:

 

“Mənim torpağım məni kirlətməz”

 

Dövlət başçısı seçilən Mustafa Kamal dəniz nəqliyyatı ilə Türkiyənin bir sıra ərazilərinə səfərlər edir. Sahilboyu vilayətlərin birinə də su nəqliyyatı ilə gedən Atatürk sahilə çatarkən sürətli addımladığı üçün azacıq səmtini itirir, lakin barmaqlarını sahil qumuna batıraraq özünü yıxılmaqdan qoruyur. Tez qarşısına qaçıb, bulaşmış əllərini təmizləmək üçün ona yardım etmək istəyirlər. Amma Atatürk bir müddət barmaqlarına baxır və onlara belə cavab verir: Bu mənim torpağımdır. O məni heç vaxt kirlətməz”.

“Mən sabahı gəzdirirəm”

 

Atatürk bir gün Çankayada keçirilən toplantıya tələsirmiş. Sürücüyə də bildirir ki, mümkün olduğu qədər onu iclas olacaq yerə tez çatdırsın, çünki xeyli qonaqlar onu gözləyirdi. Amma keçdiyi yerlərin birində xalq onu böyük izdihamla qarşılayır. Atatürk maşından düşərək qısa müddətli onlara əl edir, hal-əhval tutur. Vaxtın azlığını əsas gətirərək maşına oturmaq istəyir. Elə bu zaman balaca uşaq ağlamağını eşidir. Baxıb görür ki, anasının qucağında toppuş bir uşaq əllərini ona uzadaraq ağlayır. Atatürk ona yaxınlaşıb qucağına alır və yanağından öpür. Uşaq da əllərini maşına doğru uzadır və təkid edib ağlayır. Anası da utana -utana Atatürkə deyir ki, uşağın istədiyi maşındır. Bir söz deməyən Atatürk uşaqla bərabər maşına oturur və onu gəzdirir.iclasa gecikməsinə baxmayaraq uşağı gətirib şəxsən özü anasına təhvil verir. Anası üzürxahlıq edəndə isə o, bu cavabı verir:

-Mən Türkiyənin sabahını gəzdirdim. Bu sabah hər şeydən və hər kəsdən önəmlidir.

“Mənim xətrimə baş örtüyünüzü açarsız?” 

Bir gün xalq arasında gəzəndə çarşablı bir xanımla qarşılaşır: “Xanım, mənim xatirimə başınızdakı örtüyü açarsızınızmı” deyib. Qadın başındakı yaylığı açaraq, Atatürkün qarşısında əyilib və əllərindən öpüb.

“Bu rəsmi heç kəsə göstərmə”

Ağır Sakarya vuruşmasından çətin qalibiyyətlə qayıdan Atatürk Türkiyə Böyük Millət Məclisində hesabat xarakterli çıxış edir, problemləri və qarşıdakı çətinlikləri göstərir. Əsas diqqət də ərzaq və maddi təminatın çatışmazlığına yönəldir. Sakaryadsa əsgərlərin və düşmənlərin qida çatışmazlığını diqqətə çatdırır. Amma buna baxmayaraq o, qalib gəlmişdi, məhz bu səbəbdən Məclisə bir rəssam daxil olur və Atatürkə ehtiram nişanəsi olaraq çəkdiyi tablonu  təqdim edir. Tablo Sakarya müharibəsini özündə əks etdirirdi. Burada Atatürk cüssəli, kök bir atın üzərində əzəmətli şəkildə dayanıb. Rəsm əsəri gözəl olduğundan salondakılar onu alqışlayır. Lakin Atatürk qəfildən rəssama deyir: “Bunu başqa kimsə görüb?

Rəssam “xeyr” deyəndə əlavə edir:

-Onda lütfən başqa heç kəsə göstərmə.

Rəssam tutulur nə deyəcəyini bilmir. Atatürk əlavə edir ki, rəsm kimi gözəl  sənət əsəridir. Amma burada at çox yaxşı, bəslənmiş həmçinin mən də çox gümrah və tox görünürəm. Amma vallahi, belə deyildi. Sakaryada atlar bir dəri, bir sümük, bizlər isə az qala çöpə dönən birisi idik. Bilirsənmi, bu nə deməkdir?

Səhvini anlayan rəssam deyir:- bu rəsm Sakarya vuruşmasının dəyərini aşağı salan bir əsərdir.

Atatürk isə bu sözlərə yalnız gülümsəyir və rəssamın əlini sıxır.

 

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button