2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

“Mənimlə döyüşməyə hazırsan?” – həbsdəki jurnalist direktoru təhdid etdi

Məktəb direktorundan rüşvət almaqda təqsirləndirilən sayt rəhbərinin məhkəməsi davam edib

Bakı Ağır Cinayətlər Məhkəməsində amerikapress.com saytının rüşvət almaqda təqsirləndirilən rəhbəri Rauf Sultanovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Cinayət işi hakim Novruz Kərimovun sədrlik etdiyi kollegiyanın icraaatındadır.

Prosesdə 187 saylı məktəbin direktoru Nailə Məmmədova bildirib ki, Rauf Sultanova Rasim Mirzəyev vasitəsilə 800 manat pul verib. O suala cavab olaraq bildirib ki, həmin məbləğ ona qaytarılmayıb. Direktor pulunu tələb etdiyini bildirib.

Təqsirləndirilən isə bildirib ki, ona pul verilməyib. Rauf Sultanov direktora müraciətlə “mənə müharibə elan edirsən” deyib. O qeyd edib ki, Nailə Məmmədovaya əsas maraqlı olan barəsindəki məlumatların kim tərəfindən verildiyi olub.

Saytların yığılması Saytlarin yigilmasi

Nailə Məmmədova isə bildirib ki, məlumatların Zəminə Əliqızı tərəfindən verildiyi ona məlumdur.

Təqsirləndirilən yenidən Nailə Məmmədovaya müraciət edərək sual verib: “Mənə müharibə elan edirsənsə, sabahdan səni biabır edəcəyəm. Mənimlə döyüşmək istəyirsən?”

Hakim sualı çıxardığını deyib.

Sənədlğrin tədqiqi mərhələsində bəzi sənədlər elan edilib. Təqsirləndirilən cinayət işində olan videomateriallara baxış keçirilməsini istəyib, bəzi sənədlərdə pozuntular olduğunu deyib. O cinayət işinə xitam veriıməsi barədə vəsatət verib.

Prokuror vəsatətin əsassız olduğunu deyərək, təmin edilməməsini istəyib.

Müşavirədən sonra məhkəmə vəsatətin təmin edilməməsi barədə qərarı elan edib. Daha sonra təqsirləndirilənin evinə baxışla bağlı videoçəkilişə baxış keçirilib.

Proses oktyabrın 22-də davam edəcək.

Rauf Sultanov Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşları keçirdiyi əməliyyat nəticəsində yaşadığı evdə rüşvət alarkən yaxalanıb. O, 187 saylı orta məktəbin direktoru Nailə Məmmədovadan rüşvət almaqda təqsirləndirilir.

İttihama münasibət bildirən Rauf Sultanov elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O məhkəmədə qeyd edib ki, ona məlumatları Bakı şəhəri Təhsil İdarəsinin əməkdaşı Zəminə Əliqızı verib.

Ötən proseslərdən birində Bakı Şəhər Təhsil İdarəsinin İnformasiya Təminatı Sektorunun baş mütəxəssisi Zəminə Əliqızı (Əsədova) şahid qismində dindirilib.

O bildirib ki, təqsrləndirilən şəxsi tanımır, Nailə Məmmədovanı isə işi ilə əlaqədar tanıyır.

Təqsirləndirilən Rauf Sultanov bildirib ki, Zəminə Əliqızını üzdən tanımır. “Mənə zəng edərək, özünü Zəminə kimi təqdim edən xanım 187 saylı məktəbdə korrupsiya faktları olması barədə məlumat verərək saytda yazmağımı istədi.

Mənim Nailə xanımla münasibətim pis olmayıb, onun barəsində şantaj xarakterli məlumalar deyil, barəsində yazılan mənfi məlumaların təkzibini yazmışam. Həmin məqalələrin mətbuada yer almasını isə Zəminə xanım təşkil edib. Həmin məlumatlar eyni emaildən saytlara Zəminə tərəfindən göndərilirdi.
Z.Əliqızı deyilənləri təkzib edib.

Rauf Sultanov suala cavab olaraq bildirib ki, Zəminə Əliqızı istintaq təcridxanasına onunla görüşə gəlsə də, görüş verilməyib: “Nəzarətçi dedi ki, Zəminə adlı xanım səninlə görüşə gəlib. Ancaq mənə ailə üzvlərimdən başqa heç kimlə görüş vermirlər.”

Məktəb direktoru Nailə Məmmədova bildirib ki, Zəminə Əliqızı ona zəng edərək 500 manat pul istəyib: “Mən də dedim ki, bu gün verə bilməyəcəm, məktəbdə deyiləm. O da dedi ki, mənə pul indiyə lazımdır. Sonra mənə məkəbə zəng edərək dedi ki, utanmırsan məktəbdə ola-ola deyirsən yoxam. Mənə yalançı dedi. “Zavuç”larım da şahiddir ki, vəziyyətim pisləşdi. Bunun səhəri gün jurnalislər zəng etdi ki, sənin barəndə filan məlumatlar var. Mənim də dalağım sancmışdı. Rauf deyəndə ki, ona məlumatları Zəminə adlı xanım verib, bildim ki, odur” – deyə direktor bildirib.

Təqsirləndirilən Rauf Sultanov da onun dediklırini təsdiqləyib və vurğulayıb ki, Zəminə Əliqızının danışığını eşidəndən sonra zəng edənin o olduğuna əmindir: “Telefondakı səs məhz bu səs idi”.

Zəminə Əliqızı deyilənləri təkzib emək isədikdə, R.Sultanov onu “dələduz” adlandırıb: “Sən məni 20 nömrəli məktəb məsələsində də, tibb kolleci məsələsində də zibilə salacaqdın. Hər şeyi təşkil edən sənsən”.

Hakim Z.Əliqızıdan pul istəməsindən sonra jurnalistlərin diektora zəng eməsinə izah gəirməsini isədikdə, o, belə halın baş vermədiyini bildirib. Direkor isə şahidləriin olduğunu vurğulayıb.

Xatırladaq ki. Rauf Sultanov dələduzluqda təqsirləndirilərək əvvəllər məhkumluq həyatı yaşayıb. O, Cinayət Məcəlləsinin 178.2.4-cü (dələduzluq) maddəsi ilə təqsirli bilnib. O, azadlığa çıxandan sonra Amerkapress.com saytını yaradıb və həmin sayta rəhbərlik edib. Sayt rəhbəri olandan sonra onun barəsində hüquq-mühafizə orqanlarına şikayətlər daxil olub.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button