2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
İqtisadiyyat

Mənzil tikintisi geriləyir

Dövlət Statistika Komitəsi (DSK) ölkədə mənzil tikintisinin durumunu açıqlayıb. Vəziyyət heç də ürəkaçan deyil. Avqustun 16-da yayılan məlumata görə son 3 ildə istifadəyə verilən mənzillərin sayı durmadan azalmaqdadır.

Ötən il ölkədə 16 min 200 mənzil istifadəyə verilib – 2014-cü ildən 1200, daha bir il öncədən 4 min 900 mənzil az.

Ötən il istifadəyə verilən mənzillərin ortalama sahəsi əvvəlki illə müqayisədə 7 kvadratmetr azalıb və 119 kvadratmetr olub. Bütövlükdə götürəndə, sırf yaşayış sahəsi 64 faizi aşmır.

Saytların yığılması Saytlarin yigilmasi

AzadlıqRadiosuna bildiriblər ki…

Vətəndaşlar mənzil tikintisində əsas pay sahibidir. Onlar 2015-ci ildə 12,1 min – 2014-cü ildəkindən 1000 (min) mənzil çox fərdi yaşayış evi tikdiriblər. Belə mənzillərin ortalama sahəsi 134,1 kvadratmetr olub.

Hər min nəfərə düşən hazır mənzillərin sayı 2013-cü ildə 2,3 olduğu halda, ötən il 1,7 olub. Başqa sözlə, əhali artsa da, tikilən mənzil sayı azalır.

Bütövlükdə son 16 ildə Azərbaycanda 230 min mənzil, bu ilin birinci yarısında isə 767,7 min kvadratmetrlik yaşayış evi istifadəyə verilib. İlk yarımilin məlumatını AzadlıqRadiosuna DSK-dan bildiriblər.

Qanunvericiliyə görə…

İstifadəyə, eləcə də tikintisinə icazə verilmiş və ya məlumatlandırma qaydasında qeydə alınmış obyektlər, o cümlədən çoxmənzilli və fərdi yaşayış evləri barədə geniş məlumatı Dövlət Şəhərsalma və Arxitektura Komitəsi öz internet səhifəsində hamıya açıqlamalıdır. Bu tələb Şəhərsalma və Tikinti Məcəlləsində əksini tapıb. Ancaq qurumun informasiya bazasında çox az sayda yaşayış evinin tikintisinə verilən icazələr haqda məlumat yerləşdirilib.

Mütəxəssislərın fikrincə, əhalinin gəlirinin və dövlət ipoteka kreditləşməsinin azalması mənzil bazarındakı təklifə də mənfi təsir göstərir. Manatın dollarla müqayisədə, azı 2 dəfə dəyərsizləşməsi mənzil bazarına, demək olar, sirayət etməyib: Mənzillər manatla elə əvvəlki qiymətə satılır. Bu isə mənzil tikintisi ilə məşğul olan şirkətlərin qazancının azalması mənasına gəlir.

Təhsil sektorunda çalışanların mənzilə ehtiyacı araşdırılır?

Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) aztəminatlı kəsimin mənzil ehtiyacını ödəmək məqsədilə bu il Bakıda sosial mənzillər tikəcək. İnşa ediləcək 2 minədək sosial mənzil tələbin az bir hissəsini qarşılaya bilər və bu fikirlə hökumət də razılaşır. Mediada yayılan məlumata görə, belə mənzilllərdən ötrü istər paytaxtda, istərsə bölgələrdə torpaq ayrılacaq və sosial mənzil tikintisi genişlənəcək. İndi MİDA təhsil sektorunda çalışanların mənzilə ehtiyacını öyrənməkdədir.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button