2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Manşet

‘Məqsəd Azərbaycana Rusiyanın istəklərini qəbul etdirməkdir’


Prezident İlham Əliyev dekabrın 18-də MDB Dövlət Başçıları Şurasının iclasında çıxış edərkən dedi ki, “indi Dağlıq Qarabağ münaqişəsi haqqında yalnız keçmiş zamanda danışmaq olar”

Rusiya dövlət başçısı Vladimir Putinin isə ondan, hələ, bir gün əvvəl, dekabrın 17 -də keçirdiyi mətbuat konfransında Qarabağla bağlı söylədikləri yeni suallara rəvac vermişdi. Rusiya Prezidenti “Ermənistan Qarabağı tanımayıb və beynəlxalq hüquq nöqteyi-nəzərindən bu, Azərbaycan ərazisidir” söyləsə də, real vəziyyətin daha mürəkkəb olduğunu vurğulamışdı:“Real vəziyyət daha mürəkkəbdir, adamlar silaha “elə-belə sarılmayıblar””.

“Tarixsiz və uğursuz ifadədir”

Saytların yığılması Saytlarin yigilmasi

Politoloq Qabil Hüseyn AzadliqRadiosuna Rusiya prezidentinin Qarabağla bağlı hər çıxışında korrektələr etdiyini xatırladaraq əlavə edib ki, onun söylədiklərində aparıcı fikir “Dağlıq Qarabağ Azərbaycanın tərkib hissəsidir” açıqlamasıdır. Qabil Hüseyn sual edib ki, “məgər, silaha sarılanların hamısı torpaq arzusunda olmalı, yaxud başqa ölkənin torpağına yiyələnməlidir”:

“Vladimir Putinin bu mənada fikirləri nə beynəlxalq hüquqa, nə də Rusiya kimi dövlətin məntiqinə uyğun gəlir. Ona görə də Putinin dedikləri tarixsiz və uğursuz ifadədir. Çünki Azərbaycan xalqı silaha sarılanların istəyini gözündə qoyaraq ərazi bütövlüyünü təmin edib. Elə Putinin dediyi kimi olub, nə Ermənistan silaha sarılanların arzularını tanıyıb, nə də dünya xalqları. Əgər Rusiya tərəfdən bu cür açlıqlamalar davam edəcəksə, Azərbaycan bölgədə olan sülhməramlıların xoşagəlməz niyyətlərini ifşa edəcək”.

Qabil Hüseynnin sözlərinə görə, Rusiya sülhməramlıları Dağlıq Qarabağdakı silahlı qüvvələri bəlli nöqtədə dislokasiya edib:

“Bunları da bilərəkdən, yaxud bilməyərəkdən Hadrutun, Ağdərənin müxtəlif meşəliklərində partizan döyüşçüləri adı altında çəpərləyiblər. Hadrut istiqamətində olanları Azərbaycan xüsusi təyinatlıları artıq zərəsizləşdiriblər ”.

“Türkiyə olan yerdə Rusiyanın atı getməz”

Politoloq düşünmür ki, Putinin açıqlamaları həmin silahlıların güclənməsinə rəvac verəcək:

“Çünki bölgədə Türkiyə də var. Türkiyə Cənubi Qafqaza artıq daxil olub. Türkiyə olan yerdə Rusiyanın atı getməz. Çox da uzaq olmayan zamanda Azərbaycan Türkiyənin iştirakıyla Rusiyaya “Bölgəni tərk et” çağırışında ola bilər. Rusiyanın bölgəyə “arxa baxçası” kimi baxmasına imkan verilməyəcək. Əks təqdirdə, suverenlikdən əsər-əlamət qalmayacaq”.

“Moskva sülh missiyası yaratmaq yox,…”

Siyasi şərhçi Nəsimi Məmmədli-nin qənaətincə, Rusiyanın bölgəyə gəlişi göstərdi ki, şimal dövləti öz maraqlarını münaqişələrlə və qarşılıqlı ziddiyyətlərin olmasında görür:

“Bu mənada Moskva sülh missiyası yaratmaq yox, münaqişəni bir qədər başqa formada qoruyub saxlamaqda maraqlıdır. Rusiyanın davranışlarından görünən bir məsələ var. Artıq Putin ikinci dəfədir deyir ki, Ermənistan belə Qarabağın müstəqilliyini tanımayıb. Sanki Ermənistanı Qarabağın müstəqilliyini tanımağa təşviq edir. Münaqişəni yeni formaya keçirmək üçün Ermənistanı buna həvəsləndirir ki, o tanısın, ondan sonra Rusiya üçün bölgədə qalıcı şərait yaransın”.

“Rusiya bölgədə silahlıların qalmasında maraqlıdır”

Onun sözlərinə görə, Rusiya bölgədə sülh yaratmaq missiyasını həyata keçirmir:

“Moskva sanki ermənilərin daimi və davamlı məskunlaşması üçün əlindəki bütün dövlət resurslarını işə salıb. Eyni zamanda, Putinin status məsələsində gündəmə gətirdiyi fikir çox təhlükəlidir və Azərbaycan üçün arzuolunmaz yanaşmadır. Rusiya başçısı ərazi bütövlüyü haqda məsələni qeyd edir, amma Qarabağın statusunun dəyişməz qalmasını və gələcəyə saxlamasını vurğulayır. Bu, ikibaşlı yanaşma onu göstərir ki, Rusiya bölgədə silahlıların qalmasında maraqlıdır, həm də separatçılığın bir an ortadan qalxmasını arzulamır”.

“Qarabağın tam silahsızlaşması məsələsində…”

Nəsimi Məmmədli deyir ki, üçtərəfli bəyanatının müddəalarında tərəflərin təmas xəttindən çəkilməsi qeyd olunub:

“Bəyanatda erməni silahlı qüvvələrinin ərazidən çıxarılması məsələsi qeyri-müəyyən şəkildədir. Tam aydın olmur ki, onlar ərazidən nə zaman getməlidir. İfadə belədir ki, qarşı dayanan tərəflər olduqları yerdə dayanır və erməni silahlı qüvvələrinin çıxdığı yerə Rusiya qoşunları gəlir. Bu amil onu göstərir ki, söhbət yalnız qarşı-qarşıya dayanan tərəflərdən gedir. Bütövlükdə Qarabağın tam silahsızlaşması məsələsində sanki Rusiyanın üzərində belə öhdəlik yoxdur və bəyanat da onu demir. Hətta Putin mətbuat konfransında dedi ki, tərəflər razılıq versə, bizim hərbi kontingentimizin sayı artırıla bilər”

Politoloqun fikrincə, bu ona işarədir ki, Rusiya sülhməramlıları tam şəkildə təmas xəttinə nəzarət edə bilmir:

“ Həm də çox qəribədir ki, Rusiya nəinki Qarabağ ərazisinə, Azərbaycan-Ermənistan sərhəddi boyunca, Qubadlı və Zəngilanda da tərəflər arasında eyni missiyanı həyata keçirmək üçün müəyyən addımar atır. Bu, onu göstərir ki, Rusiya bölgəyə daha böyük silahlı qüvvələrin cəlb edilməsində maraqlıdır və bunun üçün təzyiqlər edir. Elə Putinin status məsələsini hər dəfə səsləndirməsi də Azərbaycana təzyiqdir. Məqsəd Azərbaycana Rusiyanın istəklərini qəbul etdirməkdir. Çünki Ermənistan indiki vəziyyətində Rusiyanın istəklərinə qarşı çıxa bilməz və çıxmayacaq.”.

Xatırlama

Müasir mərhələdə Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər (Birinci Qarabağ savaşı) Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi. Amma bu il sentyabrın 27-də Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində ağır döyüşlər başlamışdı. Azərbaycan bildirib ki, noyabrın 9-u döyüşlərin dayandırılmasına qədər 280 civarında kəndi, dörd qəsəbəni, Şuşa və daha dörd şəhəri (Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı) işğaldan azad edib. Noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya rəhbərlərinin adından atəşkəs bəyanatı yayılıb. Razılaşmaya əsasən, Kəlbəcər, Ağdam və Laçın rayonları da Azərbaycanın nəzarətinə qaytarılıb. Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları yerləşdirilib. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin isə Azərbaycanın separatçı saydığı qüvvələrin və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.

24saat.org

Mənbə – azadliq.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button