2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

Mərdəkan Dendrarisinin direktoru faciəli şəkildə öldü – FOTO

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Dendrologiya İnstitutunun (Mərdəkan Dendrarisi) direktoru Tofiq Məmmədov faciəli şəkildə vəfat edib.

O, bu gün səhər saatlarında işlə bağlı Xızı rayonuna gedib.

Saytların yığılması Saytlarin yigilmasi

Direktor yolda istirahət etmək üçün avtomobilini saxlayaraq maşından düşüb. Bu zaman həmin yolda iki avtomobil toqquşub və onlardan biri yoldan çıxaraq T. Məmmədovu vurub.

Xatırladaq ki, T.Məmmədov 1957-ci ildə Naxçıvan Mr Ordubad rayonunun Dırnıs kəndində anadan olub, 1982-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunu inşaatçı mühəndis diplomu ilə bitirib. O, 1982-1986-ci illərdə müxtəlif təşkilatlarda çalışıb, 1986-cı ildə AMEA-nın Botanika İnstitutunda direktor müavini vəzifəsinə işə qəbul olunub, 1996-cı ildən isə Dendrologiya İnstitutuna direktor təyin edilib.

T.Məmmədov 2015-ci ildə Prezident İlham Əliyevin sərancamı ilə “Şöhrət Ordeni”nə layiq görülüb. Ailəli idi, 2 övladı var.

Allah rəhmət eləsin! (Report)

24 saat” “Mərdəkan Dendrarisinin direktoru faciəli şəkildə öldü – FOTO” başlıqlı yazını “Pressklub”a istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button