2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
İqtisadiyyat

Mərkəzi Bank rəhbərliyinə əmək haqqı qismində ödənilən məbləğ açıqlandı

2016-cı ildə AMB rəhbərliyinin maaşı 21 min manat azalıb
2016-cı ildə Azərbaycan Mərkəzi Bankının (AMB) rəhbərliyinə əmək haqqı qismində 869 min manat ödənilib. “APA-Economics” xəbər verir ki, bu barədə AMB-nin ötən il üzrə audit hesabatında deyilir. Hesabat “PricewaterhouseCoopers Audit Azerbaijan” MMC tərəfindən hazırlanıb.

2015-ci ildə AMB-nin rəhbərliyinin əmək haqqı fondu 890 min manat təşkil edib. Beləliklə, Mərkəzi Bankın rəhbərliyinə ödənilən əmək haqqı 2,36% və ya 21 min manat azalıb.

2015-ci illə müqayisədə ötən il AMB-nin inzibati və sair əməliyyat xərcləri 25,93% və ya 12,173 mln. manat artaraq 59,103 mln. manata çatıb. Belə ki, AMB-nin regional tikinti və sosial xərcləri 14,363 mln. manat (+5,2 dəfə), işçilər üzrə xərcləri 12,314 mln. manat (-7,67%), tikili və avadanlıqlar üzrə köhnəlmə xərcləri 7,933 mln. manat (-14,13%), proqram təminatı və sair qeyri-maddi aktivlər üzrə amortizasiya xərcləri 5,477 mln. manat (+18,40%), əskinas və sikkələrin istehsalı və nəqli üzrə xərcləri 4,997 mln. manat (+31,58%), proqram təminatı və serverlərin dəstəklənməsi xərcləri 4,622 mln. manat (+1,94 dəfə), Dövlət Sosial Müdafiə Fondu üzrə ödənişləri 2,564 mln. manat (-6,32%), mühafizə xərcləri 1,393 mln. manat (+3,65%), sair xərcləri isə təxminən 1,3 mln. manat təşkil edib.

Saytların yığılması Saytlarin yigilmasi

Tənzimləyici Maliyyə Monitorinqi Xidmətinin maliyyələşdirilməsi üzrə xərclərini kəskin azaldıb. Belə ki, 2015-ci ildə bu maddə üzrə xərclər 2,395 mln. manat olduğu halda, 2016-cı ildə bu rəqəm 672 min manata enib. Böyük ehtimalla, buna səbəb adıçəkilən xidmətin Maliyyə Bazarlarına Nəzarət Palatasının tabeliyinə verilməsi ilə əlaqədardır.

AMB ötən il ezamiyyə xərclərini 9,09% azaldaraq 143 min manata çatdırıb.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button