2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

“Mərmər soyuğu” Avropada

Yayımlandı: 28 Fevral 2023 13:17

Film iki beynəlxalq festivalda iştirak edəcək

“Mərmər soyuğu” tammetrajlı bədii filmi bir sıra beynəlxalq festivallarda iştirak edəcək.

Saytların yığılması Saytlarin yigilmasi

Bu haqda Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası məlumat yayıb.

Bildirilir ki, film fevralın 28-dən mart 7-dək Fransanın Vesoul şəhərində keçirilən 29-cu Asiya Filmləri Beynəlxalq Festivalının (Festival International des Cinémas d’Asie) müsabiqə proqramında iştirak edəcək.

Martın 16-dan 31-dək isə Bolqarıstanın paytaxtı Sofiya şəhərində keçiriləcək 27-ci Sofiya Beynəlxalq Film Festivalının beynəlxalq müsabiqə proqramında yarışacaq.

Uğursuz rəssam və sevgilisinin qarışıq münasibətlərindən bəhs edən filmdə həbsdən evə qayıdan ata oğlunun həyatına müdaxilə etməyə çalışır.

Baş rollarda Elşən Əsgərov, Natavan Abbaslı və Xalq artisti Qurban İsmayılov çəkiliblər.

Film dünya premyerasını 2022-ci ilin noyabrında PÖFF Tallin Qara Gecələr Film Festivalında edib.

“Mərmər soyuğu” festivalın əsas müsabiqə proqramında iştirak edərək “Ən yaxşı aktyor” (Qurban İsmayılov) mükafatına layiq görülüb.

2022-ci ildə “Mərmər soyuğu” Hindistanın Qoa şəhərində keçirilən 53-cü Hindistan Beynəlxalq Film Festivalının əsas proqramda və 16-cı Avrasiya Beybəlxalq Film Festivalında da iştirak edib.

Sonuncu festivalda film “Ən yaxşı rejissor” (Asif Rüstəmov) mükafatına layiq görülüb.

Film Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Azərbaycanfilm” kinostudiyası, İctimai Televiziya, Bakı Media Mərkəzi və Fransanın “Arizona Films” şirkətlərinin birgə istehsalıdır.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button